Astara Təhsil Müdirindən Növbəti Rəzalət: YOXSUL QADINI ALDADARAQ PULUNU MƏNİMSƏYİB! İDDİA

25-09-2021, 16:01           
Astara Təhsil Müdirindən Növbəti Rəzalət:
Haşiyə: Astara rayonu, ucqar və gözdən-könüldən uzaq bir yer olduğu üçün burdakı məmurlar "dərə xəlvət, tülkü bəy" prinsipinə uyğundurlar.
______
Astara təhsil rəhbəri Rəşad Həsənov son vaxtlar, demək olar ki, ən populyar təhsil müdiridir. Onun adı, indiyəqədər çoxlu "qaranlıq" işlərdə hallanmaqdadır. İşdən çıxartma, maxinasiya, rüşvət və s.
Amma bir müddət öncə, elə bir hadisə aşkara çıxdı ki....
Məlum oldu ki, o, YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN BİR QADINI aldadıb və ona "atıb"!

Hadisə, tam olaraq belə baş verib: Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı kəsilib və pul müqabilində başqasına verilib. Biçarə qadın da dərs saatının qayıtması üçün kredit götürüb və Həsənov ondan 200 azn və 1 balon bal alıb. Amma, nə dərs saatı qayıdıb, nə də pul və bal...
_______
Yoxsul, ərsiz, himayəsində şikəst uşağı olan bir qadını aldadıb, pulunu, balını mənimsəməyin adını siz qoyun! Əclaflıq, rəzillik, yaxud da şəxsiyyətsizlik...
Astara təhsil müdiri zənn edib ki, 200 azn və 1 balon bal, "qabağa düşüb", amma əslində, yenə "dala düşüb"... Belə görünür ki, bu səhvdən də qaça bilməyəcək...
________________________
Həmin xanım verdiyi yeni açıqlamada, Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan etdi və səsinə səs verilməsini, problemin mediada işıqlandırılmasını xahiş etdi.
________________________
Məşum hadisə barədə "Təhsil Araşdırmalar Mərkəzi" olaraq, əməkdaşlarımızın hazırladığı sujeti "isti-isti" mediaya təqdim edirik.


__________________
Teref.az olaraq məqalədə iddia olunan məslələrlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.