Küçəyə atılan körpənin ailəsi ilə bağlı inanılmaz faktlar

11-03-2016, 19:59           
Küçəyə atılan körpənin ailəsi ilə bağlı inanılmaz faktlar
Fevral ayının 5-də Sabirabad rayonunda küçəyə atılan yeni doğulmuş körpənin valideynləri tapılıb. Rayonun hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, uşağı dünyaya gətirən Aynurə Hüseynovanın (ad və soyad şərtidir) körpəni küçəyə atmasına səbəb onu evli və 5 uşaq atası olan kişidən dünyaya gətirməsi olub. Aynurə Hüseynova istintaqa ilkin ifadəsində münasibətdə olduğu kişinin evli olmasını hamilə qaldıqdan sonra öyrəndiyini bildirib. Uşağın atası isə qadının hamilə olduğunu öyrəndikdə ona abort etdirməsini təklif edib. O isə bununla razılaşmayıb.

Uşağı Bakıda dünyaya gətirən ana daha sonra rayona gedərək onu münasibətdə olduğu kişinin valideynlərinə təhvil verib. 5 uşağı olan evli kişinin valideynləri isə Sabirabad Rayon Polis İdarəsinə gələrək uşağı tapdıqlarını bildiriblər.

Polis idarəsindən isə körpə müayinə edildikdən sonra Sabirabad Regional Doğum evinə təhvil verilib. Araşdırma nəticəsində məlum olub ki, həmin uşaq onların qeyri-qanuni doğulan nəvəsidir.

Hazırda iş araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

Fevral ayının 5-də rayonun Kovlar kəndindəki “Padarçöl” adlanan sahəsində rayon sakini Nəzarət İsmayılov tərəfindən Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında sahibsiz çanta aşkarlaması barədə məlumat yayılıb. Bildirilirdi ki, çantaya baxış keçirən N. İsmayılov 4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparıb. Evdə körpəni gecə saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvil verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.