Azərbaycanda orta illik inflyasiya ikirəqəmli olacaq - 12,1%

11-03-2016, 20:25           
Azərbaycanda orta illik inflyasiya ikirəqəmli olacaq  - 12,1%
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.

Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı.

“2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, - deyə nazirlikdən qeyd ediblər.

Xatırladaq ki, 2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.