Yumurta devalvasiyaya bundan artıq davam gətirə bilmədi: BAHALAŞDI

12-03-2016, 19:48           
Yumurta devalvasiyaya bundan artıq davam gətirə bilmədi: BAHALAŞDI
Novruz bayramının yaxınlaşması ilə əlaqədar bazarlarda qiymətlərin daha da artdığı hiss edilir. Bahalaşma əsasən yumurta, kartof, xiyar, pomidor, qoz, fındıq, üzüm və digər bu kimi kənd təsərrüfatı məhsullarında hiss olunur. Satıcılar bildirdilər ki, qiymət artımı həm mövsümlə, həm də bayramın yaxınlaşması ilə əlaqədardır.

Novruz bayramı ərəfəsində yumurta xüsusilə bahalaşıb. Təxminən bir ay əvvəl bir ədədi 9, bəzi hallarda isə hətta 8 qəpiyə satılan yumurta hazırda 15 qəpiyə təklif edilir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Quşculuq Cəmiyyətin in sədri Aydın Vəliyev yumurtanın ucuzlaşma səbəbini istehsalın artımı ilə əlaqələndirmişdi. O, bildirmişdi ki, istehsal kifayət qədər olduğundan yumurtanın qiyməti ucuzlaşıb. Amma indi vəziyyət əksinə dəyişib. Yumurtanın qiyməti 4-5 qəpik civarında bahalaşıb.

Məsələ ilə bağlı Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev Cebhe-info-ya açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi yumurta istehsalı üçün tələb olunan yem, yem əlavələri, baytarlıq preparatları və avadanlıqların xaricdən idxal edilməsidir: “Baxın hər yerdə yumurtanın qiyməti 11 qəpikdir. Ümumiyyətlə arta da bilər. Hər şey xaricdən gəlir, dollarla alınır. Yem əlavələri, preparatlar, avadanlıqlar- hamısının qiymətləri bahalaşıb. Şəhərin hər yerində yarmarkalar var. Onlar o qiymətə satır. Biz neyniyə bilərik? Yumurtanın qiymətinin qalxması Novruz bayramı ilə əlaqədar deyil. Bunun bayrama dəxli yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.