Nərimanov parkında intim hərrac - RƏZALƏT

14-03-2016, 11:55           
Nərimanov parkında intim hərrac - RƏZALƏT
Son bir neçə gündə gündəmdən düşməyən mövzulardan biri də insanlara başqa adlarla intim xidmətlərin təklif olunmasıdır. Yadınızdadırsa əməkdaşımız keçən dəfə Bakı barlarında intim xidmət adıyla tələyə düşən gəncləri danışdırmışdı. Sonra mətbuat Bakıda masaj salonu adıyla fəaliyyət göstərən pritonları ifşa etdi. Amma, bütün olanlar bununla bitmir.

Moderator.az - ın əməkdaşı bu dəfə Nəriman Nərimanov parkında müşahidə aparıb və müşahidə zamanı ilginc faktlar üzə çıxıb. Belə ki, bu parkda da bir qrup üzdəniraq tərəfindən günün - günorta çağı insanlara intim xidmətlər təklif olunur. Baxmayaraq ki, burada şəhər sakinləri öz azyaşlılarını gəzdirməyə gətirirlər. Elə bütün bunlar onların gözləri önündə baş verir.

Parkda gəzinti zamanı məlum oldu ki, burada bu xidmət gecə və gündüz bir qrup qadın tərəfindən təklif olunur. Elə biz də özümüzü müştəri kimi təqdim edib olanlarla tanış olmaq istədik. Yanlarından keçərkən xanımlardan biri üzümüzə baxıb gülür. Elə başımızla onlardan ayrılıb biz tərəfə gəlməsini xahiş edirik. Xanım bizə yaxınlaşır.

- İstirahətə çıxmısan, ürəyim?

- Bəli.

- Hə, lap yaxşı. Gedək qəşəng istirahət edək.

- Harda?

- Burda yaxınlıqda sauna var. Adı “Viktoriya”dı. 10 – manat ora, 15 – 20 manat da mənə verərsən.

Xanımın bu təklifindən sonra ona təşəkkür edib yola salırıq. Xanıma "yox" dediyimiz üçün əsəbiləşib çıxıb gedir. Görürsən ki, bunlar tanıdı - tanımadı hamıya açıq - aşkar intim xidmətlərini təklif edirlər. Xanımın dediyindən məlum olur ki, yaxınlıqda “Viktoriya” adında sauna var və xanımlar bu işlə orada məşğul olurlar. Xidmət haqqı isə 15 - 20 manatdır.

İki saatlıq müşahidəmiz zamanı onun da şahidi olduq ki, parkda təhlükəsizliyi qoruyan polis əməkdaşını görən kimi müvəqqəti olaraq xanımlar dağılışırlar. Amma, polis əməkdaşı uzaqlaşdıqdan sonra, yenidən yerlərinə qayıdırlar.


Məsələ ilə bağlı parkda istirahət edən sakinlərlə də söhbət apardıq. Onlar da bildirdilər ki, doğrudan da biabırçılıqdır. Bura öz körpələrini gətirən gənc analar və parkda gəzintiyə çıxan tələbə xanımlar da onların belə hərəkətlərini qınadılar.

Sakinlər bildirdilər ki, daha belə bir biabırçı vəziyyət Səməd Vurğun bağında da baş verir. Orda da demək olar ki, bu vəziyyətin eynisidir.

Məsləylə bağlı araşdırmamız davam edir. Gələn yazılarımızda S.Vurğun bağından da yazılarımızı təqdim edəcəyik.

Moderator.az - ın əməkdaşının ərazidən çəkdiyi fotolarını təqdim edirik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.