Ramiz Mehdiyevin BANKINA DAHA BİR ZƏRBƏ - Şirkətlər «Bank BTB»dən vəsaitlərini geri çəkib

21-10-2021, 16:25           
Ramiz Mehdiyevin BANKINA DAHA BİR ZƏRBƏ - Şirkətlər «Bank BTB»dən vəsaitlərini geri çəkib
Azərbaycanın daşınmaz əmlak sektoru üçün aparıcı banklarından olan «Bank BTB»nin vəziyyəti açıqlanıb.

FED.az bankın 2021-ci ilin 3-cü rübünün nəticələrinə əsasən xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 860 min manat və ya təqribən 4% azalaraq 18,87 milyon manat təşkil edib.

Faiz gəlirləri demək olar ki, bütünlüklə kreditlərdən daxil olanfaizlərin hesabınadır. Ötən ilin eyni dövründə «Bank BTB» müştərilərə evrilən kreditlərdən əlavə maliyyə institutlarına verilən kreditlərdən də təqriğən 2,4 milyon manat gəlir əldə etmişdi. Amma bu il həmin maddə kəskin azalıb.

Bankın faiz xərcləri isə bu müddətdə 1,12 milyon manat və ya 11% artaraq 11,5 milyon manat olub. Artımın səbəbi bankdakı əmanətlərə görə müştərilərə ödənilən faizlərin artmasıdır. Bu ilin ilk 9 ayında Bank BTB əmanət müştərilərinə 8,5 milyon maat faiz ödəyib ki, bu da ötən ilin eyni dövründən 2 milyon manat artıqdır. Nəticədə 9 ayın yekununda bankın xalis faiz gəliri 2 milyon manatdan çox azalaraq 7,37 milyon manat olub.

3-cü rübün nəticələrinə görə, bankın qeyri-faiz gəlirləri 3,5 milyon manat təşkil edib. Bunun 800 min manatı hesablara xidmət üzrə xidmət haqlarıdır, gəlirlərin qalan hissəsini digər gəlirlər təşkil edib. Ötən illə müqayisədə xidmət haqları təqribən 2 dəfə aşağı düşüb (ötən il 1,64 milyon manat olmuşdu).

Bu dövrdə bankın qeyri-faiz xərcləri təqriğən 3% azalaraq 10,8 milyon manata düşüb. Xərclərin ən çox azalması inzibati (buraya əməkhaqları da aiddir) xərclərin payına düşüb. İlk9 ayda bankın inzibati xərcləri 7,8 milyon olub, ötən il isə 10,8 milyon manat idi – 27% azalma baş verib.

Nəticədə 2021-ci ilin 3-cü rübünün yekununda «Bank BTB»nin əməliyyat mənfəəti cəmi 62 min maat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22 dəfədən də çox azdır, ötən il bankın əməliyyat mənfəəti 1,4 milyon manat olmuşdu.

Bankın mənfəətə çıxmasına əvvəllər eyhtiyat kimi ayrılan vəsaitin geri qaytarılması kömək edib. 1 milyon 111 min manat vəsaitin geri qaytarılması nəticəsində «Bank BTB» hesabat dövrünü 1 milyon 174 min manat xalis mənfəətlə başa vurub.

2021-ci ilin 3-cü rübünün nəticələrinə görə, «Bank BTB»nin aktivləri 2 faiz artaraq 363 milyon manata yüksəlib, bu dövrdə bankın kredit portfelində 40 milyon manata yaxın artım var – xalis kreditlər 209 milyondan 246 milyon manat yüksəlib.

Bankın depozit portfeli isə fərqli dəyişib. Müştərilərin müddətli depozitləri – 97 milyondan 128 milyona yüksəldiyi halda, tələbli depozitlər – şirkətlərin pulları 42 milyon manatdan 16 milyon manata enib.

Bankın ümumi öhdəlikləri isə təqribən 6 milyon manat artaraq 308 milyon manata qalxıb.

Rübün yekunlarına görə, bank öz kapitalını bir qədər də artıraraq 54 milyon manatdan 55,7 milyon manata yüksəldib.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.