İcra başçılarını bayramdan sonra gözləyən «fəlakət» - SİYAHI

17-03-2016, 09:36           
İcra başçılarını bayramdan sonra gözləyən «fəlakət» - SİYAHI
Bir çox rayon və şəhərin rəhbərlərinin görəvindən alınacağı artıq qətiləşib

Ölkədə kadr islahatlarının davam edəcəyi artıq dəqiqləşib. Prezidentin sərəncamı ilə üç rayonun icra başçısının işdən çıxarılmasına bu gün biri daha əlavə olunub. Politika.Az xəbər verir ki, prosesin dayanacağı inandırıcı deyil və davam edəcəyi artıq qətiləşib.

Belə ki, bu həftə içində tutarlı təyinatların olacağı gözlənilmir. Hakimiyyətdəki mənbələrdən Politika.Az-a çatan məlumatlara görə, prosesin bayramdan sonra davam etdirilməsi nəzərdə tutulub. Artıq bir çox icra başçılarının işdən çıxarılacağı və onların kimlərlə əvəzlənəcəyi dəqiqləşib.

Mənbə bildirir ki, bayramdan sonra postlarını itirəcək məmurlar arasında Bərdənin icra başçısı Vidadi İsayevin olacağı gözlənilir. Amma belə bir ehtimal var ki, onu başqa bir rayona təyinat versinlər.

Qoca Səmədovun Yevlaxdan çıxarıldıqdan sonra yeni işlə təmin olunub, olunmayacağı məlum deyil. Bəzi bilgilərə görə, onun fəaliyyətindən arxasında duran Elmar Vəliyev də narazıdır və bu səbəbdən də hər şey Gəncə merinin iki dodağının arasındadır.

Ağcabədinin icra başçısı Şahin Məmmədovun durumu isə xeyli ağırdır. Çünki son devalivasiyadan sonra onun rəhbəri olduğu rayonda etirazlar keçirildi və indiyə qədər narazılıqlar qalmaqdadır.

Füzulinin icra başçısı Alı Alıyevin də vəziyyəti yaxşı sayılmır. Onun da rəhbəri olduğu rayonda bir neçə etiraz aksiyası keçirilib. Əhali ilə son görüşlər isə effektivsiz alınmaqdadır.

Bayramdan sonra işdən çıxarılacaq icra başçıları arasında Şamaxının rəhbəri Asif Ağayev, Aqstafanın icra başçısı Məhərrəm Quliyev, Zərdabın icra başçısı Lütfəli Babayev, Mingəçevirin icra başçısı Niyazi Bayramov və Kürdəmirin icra başçısı Ceyhun Cəfərov da var. Gələn məlumatlara görə, adları çəkilən icra başçılarının yenisi ilə əvəzlənəcəyi nəzərdə tutulsa da, onlara yeni vəzifələr verilməyəcə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.