“Hepatit C” xəstələrini aldadan kimdir - Səhiyyə Nazirlliyinin bu yalanlardan xəbəri varmı

18-03-2016, 20:58           
“Hepatit C” xəstələrini aldadan kimdir - Səhiyyə Nazirlliyinin bu yalanlardan xəbəri varmı
Son illər “Hepatit C” xəstəliyinə tutulanların sayı durmadan çoxalır. Bunun hansı səbəbdən yaranması bir o qədər də önəmli deyil. Onsuz da həkimlər müxtəlif xəstəliklərin yayılması barədə bir-birinə zidd olan fikirlər söyləyirlər. Necə də deyərlər, hər kəs öz arşını ilə ölçür. Bütüm bunlara baxmayaraq, ölkəmizdə insanların sağlamlığı dövlətin diqqət mərkəzindədir. Hər il dövlət başçısının sərəncamı ilə ölkə vətəndaşları pulsuz həkim müayinəsindən keçir. Bu hal demək olar ki, hər il davam etdirilir. Hətta, bəzi xəstələrə, məsələn, şəkər xəstələrinə dərmanlar pulsuz verilməlidir! O cümlədən, “Hepatit C” xəstələrinə də dərmanlar pulsuz verilməlidir! Bəli verilməlidir! Lakin, gəlin görək verilirmi? Bəs kim verməlidir?!

DİA.AZ xəbər verir ki, Bakı şəhərində yaşayan şəhid anası Rüxsarə Məmədova uzun illərdir ki, “Hepatit C” xəstəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyadan da qeydiyyatdan keçib. Şəhid anasına deyiblər ki, get gözlə, sənə pulsuz dərman veriləcək. “Hepatit C” xəstəsinin gözləri bir ilədən artıqdır ki, yollarda qalıb. Nə gələn var, nə də pulsuz dərman gətirən. Deyilənə görə, bu dərmanlar çox bahalıdır. Şəhid anası deyir ki, hər 3 aydan bir Tehrana gedir və həmin dərmanları çox baha qiymətə alır. Ancaq 2015-ci ildə şəhid anası Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyadan (Semaşko xəstəxanasında) qeydiyyatdan keçməsinənə baxmayaraq, hələ də pulsuz dərman verilməsi barədə heç bir ümidverici məlumat yoxdur. Deyəsən, . “Hepatit C” xəstələrinə pulsuz dərman verilməsi artıq nağıla çevrilib. Bütün bunlar yalnız xəyal və kimlərinsə yanında lovğalanmaqdan başqa bir şey deyimiş. Söz yox ki, bu dərmanların alınması üçün dövlət tərəfindən vəsait də köçürülüb. Bəs dərmanlar hara getdi, kimlərə verildi? Təbii ki, dərmanların pulsuz verilməsi barədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyada daşdan keçən sənıədlər var. Bəs dərmanı alan xəstələr kimdir? Guya Azərbaycanda ilk dəfə olaraq, hepatit virusundan əziyyət çəkən xəstələrə pulsuz dərmanların paylanmasına başlanılıb.
Mən, hələ bir il bundan əvvəl Səhiyyə Nazirliyində yaradılan “Hepatit B və C” virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiyanın sədr müavini Həqiqət Qədirovanın açıqlamasını sizə təqdim edirəm: “Bu proses cari ilin (yəni 2015-ci ilin, E.H,) yanvar ayından etibarən tətbiq olunur. Bütün dünyada “Hepatit B və C” virusuna yoluxma halları son illər artıb. Bu xəstəliklərin müalicəsində xüsusi dərman preparatları tətbiq olunur və onların istifadəsi üçün uzun müddət nəzərdə tutulur. Məsələn, bu müalicə “Hepatit B” üçün 6 ay, “Hepatit C” üçün 6 aydan 1 il yarıma kimi ola bilər. Bu da müəyyən həcmdə məbləğ tələb edir”.
O deyib ki, bəzi xəstələrin buna imkanı çatmadığını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın vəzifələrindən biri də “Hepatit B və C” virusuna yoluxan xəstələrin pulsuz dərmanlarla təmin edilməsidir. Dərmanlar bahalı olduğundan onun alınaraq pulsuz şəkildə xəstələrə verilməsi komissiya tərəfindən icra olunur”.

Komissiya rəsmisi əlavə edib ki, bu günə kimi təxminən 300-ə yaxın insan komissiyaya müraciət edib. H. Qədirovanın sözlərinə görə, onların müayinələrinin nəticələri araşdırılıb, əlavə lazım olan müayinələr aparılıb.(Görəsən müayinəsi aparılan xəstələr kimdir?!.E,H.) Nəticədə müalicəyə ehtiyacı olsan xəstələrin siyahısı hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub: “Artıq Səhiyyə Nazirliyi tərəfindən pulsuz paylanan dərmanlar ölkəyə gətirilib.( Əgər gətirilibsə, bəs bu dərmanlar kimlərə verilib?E.H.). Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan metodik göstərişlərə uyğun olaraq bu xəstələrə dərmanların verilməsinə başlanılıb. Hansı ölkədə, bizim ölkəmizdəmi? Bəs Prezidentimizin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əıiyevanın şəhid ailələrinə . xüsusi ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğının nəticəsi necə oldu? Bəlkə Səhiyyə Nazirliyi bi diqqıət və qayğıdan xəbərsizdir?!. Bəli, şəhid anası Rüxsarə Məmmədovanın aldaılması da Səhiyyə Nazirliyinin dövlət başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əıiyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya laqeydliyindən xəbər verir.
Komissiya rəsmisi H. Qədirovanın deməsinə görə, Səhiyyə Nazirliyi tərəfindən “Hepatit B və C” dxəstələrinə pulsuz dərman verilməsi prosesi Klinik Tibbi Mərkəzdə təşkil olunub. Orada həm də ilk dəfə müraciət edən xəstələrin qəbulu aparılır: "Müvafiq siyahı üzrə sənədlər təqdim edilir, 2 həftə ərzində sənədlərə baxılaraq müvafiq qərar çıxarılır. Qərar çıxarılandan sonra xəstələr həmin dərmanları oradan pulsuz şəkildə həkimin göstərişi ilə alırlar. Müşahidə tələb olunan xəstələr stasionarda saxlanılır, qalanları isə ambulator şəkildə yaşadıqları yerlərdəki müvafiq poliklinikalarda həkim nəzarəti altında dərmanları qəbul etməyə başlayırlar”. Bəs il yarımdır zəng, çağırış, dərman gözləyən şəhid anası Rüxsarə Məmmədova nə vaxt yada düşəcək? Ona kim pulsuz dərman verəcək və navaxt verəcək?
Bu yalanlar kimin üçündür? Bu yalanlar neçə il davam edəcək?
H.Qədirova deyib ki, pulsuz dərmanlar müəyyən etaplarda ölkəyə gətiriləcək. Komissiyanın sədr müavini bildirib ki, 2015-ci ilin yanvarın dan bu partiya dərmanlar artıq xəstələrə paylanılır. Əlavə dərman lazım olduqda siyahı tərtib olunacaq və Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən vaxtaşırı müvafiq miqdarda dərmanlar ölkəyə gətiriləcək.
Ind soruşmaq istərdik ki, ay Həqiqət xanım, “Hepatit C” xəstələri üçün gətirdiyiniz pulsuz dərmanları kimə vermisiniz? Axı, şəhid anası Rüxsarə Məmmədova il yarımdır ki. Sizin dərmanların yolunu gözləyir. O, xanım dünyasını dəyişəndən sonra gətirilən dərmanlar kimə lazımdır? Axı, bu dərmanların pulu sizin və rəhbərliyinizin cibinizdən yox, dövlətin büdcəsindən ayrılıb. Niyə dövlətin büdcəsindən ayrılan vəsait hesabına alınan dərmanlar bu dövlətin vətəndaşlarına verilmir?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.