ARIF QASIMOVU CIRTDAN SAYTLARLA SEPARAT DANIŞIĞA GETMƏYƏ NƏ VADAR EDIR?

19-03-2016, 09:59           
ARIF QASIMOVU CIRTDAN SAYTLARLA SEPARAT DANIŞIĞA GETMƏYƏ NƏ VADAR EDIR?
«Yaşıl bağ»da planlaşdırılan görüşün təşkilatçısı kimdir? Siyəzəni bərbad hala salan Arif Qasımov indi də Nizami rayonunu xarabalığa çevirməkdədir. Son günlər mətbuat səhifələrində icra başçısının həyata keçirdiyi özbaşınalıqlarla bağlı bir-birindən tutarlı faktlarla zəngin olan yazılar dərc edilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, Arif Qasımov haqqında yazılan məlumatlardan bərk narahat olmağa başlayıb. İddialara əsasən, bəzi oxucusu olmayan, daha dəqiq desək cırtdan saytlar son günlər icra başçısı ilə bağlı yazı veriblər. İcra başçısı isə özünə yaxın olan tanınmış jurnalistlərdən birinə onu həmin saytların rəhbəri ilə dostlaşdırmaq missiyasını həvalə edib. Qeyd edək ki, həmin jurnalistin adı bizə məlumdur. Amma hələ ki, açıqlamaq istəmirik. Məlumata görə, bu gün saat 18:00-da Nizami rayonu ərazisindəki «Yaşıl bağ» restoranında icra başçısı həmin xırda saytların rəhbərləri ilə görüş keçirəcək. Məqsəd isə nəyinsə qarşılığında həmin sayt rəhbərlərinin ağzını yummaq və Arif Qasımovla bağlı bu saytlarda gedən yazıların dayandırılmasıdır. Deyilənə görə, icra başçısının bu görüşdə həmin saytların rəhbərlərinə «bayram hədiyyəsi» verəcəyi gözlənilir. Hətta bildirilir ki, icra başçısı ilə yaxın olan tanınmış jurnalist dünən bir neçə saytdan Nizami rayonundakı «yaşıl terror» haqqında gedən yazını çıxartdırıb. Bu arada, əldə etdiyimiz məlumata əsasən, görüşün keçiriləcəyi «Yaşıl bağ» restoranı icra başçısına məxsusdur. Bu isə başqa yazının mövzusudur. Həmçinin yaxın günlərdə Arif Qasımovun adı əsgərlikdə gedən oğlu Nadir Qasımovun yaşadığı bahalı həyat tərzi və qardaşının hansı səbəbdən ölməsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.(gundelikbaki)

Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.