Astaranın icra başçısı dəyişdirilir - Qəzənfər Ağayev həm də ittiham hədəfidir
19-03-2016, 21:51
Hakimiyyətdən növbəti kadr islahatı qərarı. Yaxın vaxtlarda Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vəzifəsindəın azad ediləcək
Bu barədə dia.az-a daxil olan məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl verdiyimiz xəbərdə Qəzənfər Ağayevin digər bir rayona başçı göndəriləcəyi qeyd olunurdu. Amma indi vəziyyətin tamamən dəyişdiyi söylənilir.
Qaynaq açıqlamasında iddia edir ki, Qəzənfər Ağayev çox ciddi ittihamların hədəfidir: "Hələlik bu barədə kimsə danışmağa cürət etməz. Amma Eldar Mahmudovun dəstəsinin "vurulmasından" sonra müəyyən addımlar atıla bilər".
Qeyd edək ki, buna qədər Qəzənfər Ağayev uzun müddət Masallı rayonuna rəhbərlik edib. Həmin zamanlar Masallıdan deputat olan Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyev Qəzənfər Ağayevin hətta narkobaronluqda belə ittiham edirdi.
Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...