151 saylı uşaq bağçasında nə baş verir? - Valideyn danışdı

20-03-2016, 00:58           
151 saylı uşaq bağçasında nə baş verir? - Valideyn danışdı
Son günlər bir sıra kütləvi informasiya vasitələrində 151 saylı uğaq bağçasının müdirəsi Venera Xəlilova haqda tənqidi yazılar dərc olunur.

Bununla bağlı Savash.org-un əməkdaşı adıçəkilən bağçada olub və əsl reallıqlarla tanış olub. Məlum olub ki, 151 saylı uşaq bağçasında nizam-intizam günün tələbləri səviyyəsində qurulub.

Eyni zamanda əməkdaşımız mətbuatda adı hallanan valideyn Samirə Qurbanova ilə də əlaqə yarada bilib. O, əməkdaşımızla söhbətində deyib ki, haqqında yazılanlar ağ yalandı: “Mən mətbuatda iddia olunduğunun əksinə olaraq Venera Xelilovadan şikayətçi deyilem. Saytınız vasitəsilə bəyan etmək istəyirəm ki, bütün bu kampaniya 151 saylı uşaq baxçasını və bağçanın müdirəsi Venera Xəlilovanın nüfuzdan salınmasına hesablanıb”.

Samirə Qurbanova onu da bildirib ki, onun ortada heç bir ərizəsi olmadan adından məqalələr dərc edən media qurumlarını məhkəməyə verməyə hazırlaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.