Lənkəran sakinlərinin 30 illik yol iztirabı nə vaxt bitəcək? — VİDEO

4-12-2021, 00:01           
Lənkəran sakinlərinin 30 illik yol iztirabı nə vaxt bitəcək? — VİDEO
Lənkəranın Veravul kəndinin yolları bərbad vəziyyətdədir.

Kəndin əsas küçəsindən demək olar ki, hər gün 4 minə yaxın əhali istifadə etmək məcburiyyətindədir. Həm piyada, həm də avtomobillə yolu keçmək problemə çevrilib. Hava şəraiti pisləşəndə isə vəziyyət daha da çətinləşir.

Kəndin mərkəzi yolunun uzunluğu 4,4 kilometrdir. Yol sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub.

Kənd sakinləri deyir ki, dağıntılara məruz qaldıqdan sonra yolu bir neçə dəfə daxili imkanları hesabına təmir ediblər. Amma yolun son vəziyyəti göz qabağındadır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.