QALMAQAL: Qazaxstan Azərbaycana 4 DƏFƏ NOTA VERİB? - TƏFƏRRÜAT

4-12-2021, 10:16           
 QALMAQAL: Qazaxstan Azərbaycana 4 DƏFƏ NOTA VERİB? - TƏFƏRRÜAT
Azərbaycan təkcə bizim vətənimiz deyil, həm də dünyanın harasında yaşamamızdan asılı olmayaraq ümid yerimiz, inam qapımızdır. İlham Əliyev ilk dəfə prezident seçiləndə dünya boyu səpələnmiş hər bir azərbaycanlının prezidenti olacağına and içmişdi. Müzəffər Ali Baş komandan sözünü tutaraq indiyə qədər heç bir həmvətənimizi köməksiz buraxmayıb, hər bir azərbaycanlının problemlərinin həllinə çalışıb. Amma özünü Prezidentin əsgəri hesab edən, Azərbaycan dövlətinin qanunlarının aliliyini təmin etməyə borclu olan bəzi vəzifə sahibləri özləri qanunları ayaqlar altına salıb tapdalayır, haqlını haqsız duruma salırlar. Maraqlıdır ki, Qazaxıstan məhkəmələri həmyerlimiz haqqında ədalətli qərar çıxardığı halda Azərbaycan məhkəmələri bir şəxsin iradəsinin təmsilçisinə çevrilərək onun maraqlarını qoruyurlar.

https://disk.yandex.ru/i/-aW3sEpHHEdb2g

İllərdir ki, Azərbaycan məhkəmələri Fikrət İbrahimov tərəfindən fırıldağın qurbanına və girovuna çevrilən Sakin Ağayevə qarşı bütün bədii təxəyyüllərini və hüquqa zidd əməllərini səfərbər edərək qurama bir proses həyata keçirirlər. Söhbət 1 milyon 250 min dollarlıq məhkəmə çəkişməsindən gedir və bütün faktlar, dəlillər, şahid ifadələri S.Ağayevin lehinə olmasına baxmayaraq qalib F.İbrahimov olur. Çünki keçirilən məhkəmə proseslərində qanunlar yox, qohumluq əlaqələri, tayfabazlıq və digər maraqlar əsas rol oynayır. Belə olmasaydı hələ 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə dünya praktikasında bəlkə də analoqu olmayan bir məhkəmə tamaşası keçirilməzdi. Özlərinin tərtib etdikləri, özlərinin imzaladıqları saxta müqaviləni əsas götürərək heç bir hüquqi əsası olmayan və yalnız bir tərəfin maraqlarını müdafiə edən 2(094)-396/2017 saylı Qətnamə qəbul etməklə ölkəmizin qoşulduğu bütün konvensiyaları, hüquqi aktları, qanunları tapdalamaqla Sakin Ağayevi haqlıykən günahkar duruma salmazdılar. Ən dəhşətlisi odur ki, bütün bunlar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədovun adından həyata keçirilir. İllərdir ki, bu barədə dəfələrlə yazılmasına, deyilməsinə baxmayaraq ölkənin birinci ədliyyə işçisi tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb. Cənablar, doğrudursa niyə təsdiq etmirsiniz, yalandırsa niyə təkzib vermirsiniz? Ən azından söhbət hüquqi dövlətin Ədliyyə nazirindən gedir və onun birbaşa dövlətin adına bağlı olan imicini 1 milyon 250 min dollara qurban verməyə dəyərmi?

https://disk.yandex.ru/i/-aW3sEpHHEdb2g

S.Ağayevin hüquqlarının bərpası üçün ölkənin ən tanınmış hüquq müdafiəçiləri, ictimai-siyasi xadimləri, elm-mədəniyyət nümayəndələri Dövlət başçısına, Birinci vitse-prezidentə müraciət ünvanlayıblar. S.Ağayev özü dəfələrlə media vasitəsilə müraciətlər ünvanlayıb, mətbuat konfransları keçirib. Qazaxıstanın hüquq-mühafizə orqanları, ölkəmizdəki səfirliyi məsələ ilə bağlı diplomatik nota verib, problemin həll olunmasını tələb edib. Amma bütün dünya bir tərəfədir, Azərbaycan məhkəmələri bir tərəfə. Sanki gözəgörünməz bir əl prosesləri idarə edir, müraciətlərin əsl ünvanına yetməsini əngəlləyir. Hər kəs başa düşür ki, bütün baş verənləri bu səviyyədə idarə etmək sıradan bir rayon məhkəməsi hakiminin, vəkilinin işi deyil. Ortada çox böyük bir ambisiya var və o göz görəsi dövlətə, hüquq sisteminə meydan oxuyur!

Bir daha Azərbaycan dövlətinin qanunlarını, qoşulduğu beynəlxalq konvensiyaları əsas tutaraq Sakin Ağayevə qarşı aparılan çirkin kompaniyaya, qurama məhkəmə prosesinə son qoymağa, onun pozulmuş hüquqlarının bərpasına yardım edilməsini tələb edirik. Bu ən azından Azərbaycan dövlətinin öz qanularına, hüquq sisteminə sahib çıxması baxımından vacibdir. Dövlətin maraqlarını bir qrupun maraqlarına qurban vermək ən ağır cinayətdir. Dəyərmi buna, cənablar, dəyərmi? Özü də beş-on dollar pul üçün!

Rubrika.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.