Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir - FAKT BUDUR!

4-12-2021, 10:19           
Azərbaycanda "təmiz ətir" biznesi:
Bəzən brend mağazadan aldığımız hərhansı bir parfümeriya məhsulu gözləntilərimizi təmin etmir. Yüksək brend məhsul olsa da, sanki içimizdə saxta imiş hissi oyanır. Məhsulu yoxlayan zaman həqiqətən saxta olduğu qənaətinə gəlirik. Ancaq nə etməli, bu məhsullar geri qaytarılmır.
Buna görə bəzən açıq parfümeriya almağa üstünlük veririk. O da dərimiz üçün zərərlidir. Bəs nə etməli? Nəyə və kimə inanmalı? Özümüz üçün ən yaxşısını necə seçə bilməliyik?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, Azərbaycanın müxtəlif mallar seqmentində parfümeriya sahəsi ən çirklənmiş seqmentdir. Və ölkənin ən brend mağazalarında belə ən saxta parfümeriya malları tapmaq olar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1998-ci ildə təsdiq olunmuş qərarına görə, parfümeriya malları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Parfümeriya malları ilə bağlı “Azad İstehlakçılar Birliyinə” hər həftə 6-7 müraciətin daxil olduğunu bildirən E.Hüseynov qeyd edir ki, bəzən vətəndaşlar parfümeriya mallarını alır, açmadan, istifadə etmədən geri qaytarmaq istəsə belə, qarşı tərəf bunu qəbul etmir.

“Parüfmeriya malları satan mağazalar şəbəkəsindən, xüsusilə “İdeal”-dan illər boyu şikayətlər gəlirdi. “Sabina” mağazalar şəbəkəsi isə öz bazarına nəzarət edə bilirdi. Ancaq 1 ildən yuxarıdır ki, “Sabina” da öz bazarına nəzarət etmir”,- deyən E.Hüseynov qeyd edib ki, ölkənin əmtəə malları bazarında kifayət qədər qaçaqmal parfümeriya malları var.

“Biz dəfələrlə bu malları satan dükanlar və şəbəkələr haqqında dövlət orqanlarına bildirsək də, təəsüflər olsun ki, dövlət vergisindən yayınan, necə gəldi, hardan gəldi malları alıb, qablaşdırıb insanlara satan bu şəbəkə ifşa edilmir. Dövlət büdcəsinə də külli miqdarda ziyan dəyir”,- o deyib.

Əvvəllər “Sabina” mağazalar şəbəkəsi öz bazarını qirumaq üçün müəyyən iş apardığını bildirən ekspert təəsüflə qeyd edir ki, hazırda nə “Sabina”, nə də “ İdeal” mağazalar şəbəkəsi öz bazarını qorumaq üçün heç bir iş görmür. Bu mağazalarda da saxta mallar satılır.

E.Hüseynov deyir ki, parfümeriya məhsullarının da istehsal və yararlılıq müddəti olmalıdır. Ən brend mağazalarda belə, parfümeriya məhsulları üzərində bu tarixlər yazılmır. Ekspert deyir ki, məlumatlı istehlakçılar parfümeriya məhsulları üzərində olan ştrix kodları xüsusi sayta daxil edərək, yoxlayırlar. Çox zaman məlum olur ki, alınan mıhsul istehsalçıya aid deyil.

Açıq ətirlərin satılmasına gəldikdə isə, E.Hüseynov qeyd edib ki, bu, Azərbaycanda istehlakçı hüquqlarının qorunmamasının bariz nümunəsidir. “Harda oldu, necə oldu istehsal edilərək satılan ətirlər insan dərisi ilə təmas zamanı ciddi dəri xəstəliklərinə səbəb ola bilər. Buna tələbat da var. Böyük dükanlar şəbəkəsi də özləri belə ətirlərin satılmasına rəvac verir. Azərbaycanda parfümeriya biznesinin nümayəndələri “Üç müşketyor” qanunu ilə işləyir. Hamımız birimiz, birimiz hamımız üçün prinsipinə əsaslanan bu qayda istehlakçı hüquqlarının pozulmasına xidmət edir. Nə olur olsun, təki istehlakçıdan pul alınsın. “Azad İstehlakçılar” birliyi bu biznesin sağlamlaşdırılması üçün təmannasız olaraq iş aparmağa hazırdır. Lakin biznes qurumları özləri də bazarın çirklənməsinin qarşısının alınmasına maraqlı olmalıdır. Çox təəsüf olsun ki, nə dövlət orqanları, nə də bu bizneslə məşğul olanlar bu işdə maraqlı deyil. İstehlakçı hüquqları bu sahədə cidid şəkildə pozulur və istehlakçılar dəri ilə təmasda olan bu təhlükəli məhsullarla rastlaşmalı olurlar”...

Əvvəllər brend mağazalardan orjinal məhsul aldığımıızı düşünürdük. İndi isə, böyük məbləğlər ödəsək də, bu məhsulların da saxta olma ehtimalını gözə almalıyıq.
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.