Teymur Musayevə nazir postu uğrunda mübarizədə RƏQİB VAR İMİŞ... - İDDİA

27-01-2022, 12:01           
Teymur Musayevə nazir postu uğrunda mübarizədə RƏQİB VAR İMİŞ... - İDDİA
Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayevə çox böyük etimad göstərilib.
Nazir olmaq üçün seçilən namizədlərin, o cümlədən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin adının olduğu şəxslərin sırasında Teymur Musayevin üzərində dayanılıb.

Teref.az-ın xəbərinə görə, Faktinfo.az saytına verilən məlumatda bildirilir ki, Teymur Musayevin nazir təyin olunmasında başlıca səbəb kimi, onun nazir səlahiyyətlərini icra etdiyi müddət ərzində nazirliyin balansında olan səhiyyə müəssissələrində nizam-intizam yarada bilməsi, şəffaflığı müəyyən mənada təmin etməsi, TƏBİB-lə müqayisədə cəmiyyətdə səhiyyə nazirliyinə olan etimadın mümkünləşdirə bilməsi başlıca rol oynayıb.

Sayta verilən məlumatda o da vurğulanır ki, Səhiyyə naziri Teymur Musayevin mükəmməl kadr islahatı, səhiyyə sisteminin inkişafı üçün verə biləcəyi rəy və təkliflər, ümumi müsbət dinamika qarşıdakı 2 il müddətində TƏBİB-in idarəetməsinə verilmiş səhiyyə müəssissələrinin nazirliyin tabeçiliyinə qaytarılmasını mümkünləşdirə bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin ləğv olunacağı, səlahiyyətlərinin TƏBİB və Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə veriləcəyi ilə bağlı fikirlər də mövcud idi.

Xatırladaq ki, bir müddət əvvəl Faktinfo.az saytı səhiyyə naziri olacaq şəxslərdən daha şanslı namizəd kimi qiymətləndirilmədə Teymur Musayevə üstünlük verildiyinə dair xəbər vermişdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.