Nazir: "Hazırda 700 mindən artıq pensiyaçıya əlavəni dövlət ödəyir"

27-01-2022, 11:50           
Nazir: "Hazırda 700 mindən artıq pensiyaçıya əlavəni dövlət ödəyir"
"Minimum əməkhaqqının artırılması həssas qrupa aid vətəndaşların sosial həyatı üçün önəmli idi. Ona görə də artımlar həmin təbəqələr üçün hədəflənmişdi".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu gün 700 mindən artıq pensiyaçının pensiyasına olan əlavəni dövlət öz vəsaiti hesabına ödəyir: "Əgər həmin əlavələr ödənməsəydi, o zaman həmin pensiyaçılar indiki pensiyalarını iki dəfə aşağı alacaqdı. Odur ki, dövlət dəstəyi ilə ən aşağı gəlirli pensiyaçının pensiyası iki dəfə artıq ödənilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru