Xəstələr RDM rəhbərliyinin cəzalandırılmasını TƏLƏB EDİRLƏR... - NARAZILIQ!

28-01-2022, 10:10           
 Xəstələr RDM rəhbərliyinin cəzalandırılmasını TƏLƏB EDİRLƏR... - NARAZILIQ!
Neçə gündür ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RDM) və onun rəhbərliyindən şikayətləri təqdim etməkdəyik.

Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI... - "Rəna Şirəliyeva "Avonex"i öz biznesinə çevirib..."

Qeyd edək ki, olduqca həssas qrupa aid olan bu xəstələrə dövlət qayğısı nəzərdə tutulsa da, keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin doğmaca bacısı olan Rəna Şirəliyevanın sayəsində sözügedən qrupa aid vətəndaşlarımız problemlə üz-üzə qalıblar ki, bu da onların həyatları üçün birbaşa təhlükədir.

DİA.AZ xəbər verir ki, "Müştərinin Səsi" sosial qrupunda narazılıq edən Bilal Məmmədov adlı istifadəçi yazır:


"Azərbaycanda bütün səhiyyə xidmətləri ödənişsizdir. Amma yalnız kağız üzərində. Tibbi sığortadan öncə qəbula düşmək üçün həkimə 10 manat verəndə çox sağol deyirdi. İndi isə həkim qəbulu 50 manatdan başlayır. Verməyəndə isə sən otağa buraxılmırsan. Bizdə belə məsələlər heçvaxt düzəlməyəcək. Göz görə görə hərc mərclik edirlər və buna heç kim mane ola bilmir".

DİA.AZ bildirir ki, kifayət qədər şikayətlərin olduğu RDM rəhbərliyinə digəar narazı qrup üzvləri konkret cəza tələb edirlər və gileylərini müvafiq dövlət qurumlarına çatdırırlar.


Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.