Sosial sığorta ödənişlərinin verilməməsinin səbəbi açıqlanıb

28-01-2022, 13:15           
Sosial sığorta ödənişlərinin verilməməsinin səbəbi açıqlanıb
Dövlət Məşğulluq Agentliyi sosial sığorta ödənişlərinin verilməsinin gecikməsinə aydınlıq gətirib.

“Report” xəbər verir ki, Agentliyin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev gecikmənin minimum əmək haqqının artırılması ilə əlaqəli olduğunu deyib.

Onun sözlərinə görə, orta aylıq əmək haqqı ilə bağlı rəqəmləri Dövlət Statistika Komitəsi təqdim etməlidir: “Biz komitəyə müraciət etmişik. Yaxın zamanda həmin statistikanın göndəriləcəyini düşünürük. Bildiyimiz kimi ölkədə fəaliyyət göstərən işəgötürənlər işçiləri barədə DSK-ya məlumat göndərilir. Bundan sonra məlumatlar emal olunur. Burada heç bir gecikmə olmayacaq, kimsə narahat olmasın. əgər təyinatlarda gecikmələr olsa da, növbədə ayda təyinatlarda dürüstləşmələr gedəcək. Yəni kimsə narahat olmasın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.