Pulumuz var imiş… – Aavtomobil idxalına 1 milyard dollar pul xərclənib

29-01-2022, 08:57           
Pulumuz var imiş… –
2021-ci ildə Azərbaycana 935,2 milyon ABŞ dolları dəyərində 91 194 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 44,4 % və 69,7 % çoxdur.

Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 % artaraq 266 ədəd (41,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 71,4 % artaraq 85 191 ədəd (780,5 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 12 936-ü (76,6 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 160-ı (3,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 4,2 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 53,1 % artaraq 5 552 ədəd (90,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 21,7 % artaraq 185 ədəd (23 milyon ABŞ dolları dəyərində) olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru