Bakının mərkəzi küçəsində 6 ay davam edən əziyyət - BNA niyə SUSUR? - VİDEO

29-01-2022, 13:05           
Bakının mərkəzi küçəsində 6 ay davam edən əziyyət - BNA niyə SUSUR? - VİDEO
Dövlət Statistika Komitəsinin qarşısından üzü OMD-yə yəni, Elmi-Tədqiqat Pediatriya İnstitutuna düşən küçədə düz altı aya yaxındır ki, təmir işləri aparılır. Bəsti Bağırova adlanan küçənin bu cür vəziyyətdə olması onsuz da dolu olan Bakı küçələrində tıxacların daha da artmasına səbəb olur.

Bundan başqa bu vəziyyət həmin küçədən keçən vətəndaşları və orada yaşayan sakinləri də çıxılmaz vəziyyətə salır. Sürücülər isə çox çətin duruma düşdüklərini vurğulayırlar. Yolun təmiri zamanı piyada səkiləri genişləndirildiyi üçün hazırda sürücülər yolun daraldılmasından narazıdırlar.

Küçədə gedən təmir işləri Elmi-Tədqiqat Pediatriya xəstəxanasına üz tutanlara da maneə yaradır.

Məsələ ilə bağlı Avtombil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli

Ednews-a bildirib ki, təmir işləri Bakı Nəqliyyat Agentliyinin (BNA) pilot layihəsidir və AAYDA tərəfindən icra olunur.

Pilot layihə haqqında daha ətraflı məlumat almaq və işlərin hansı səbəblə belə uzanması ilə maraqlanmaq üçün BNA ilə əlaqə yaratmağa çalışdıq. Çox əfsuslar olsun ki, qurumun mətbuat katibi Mais Ağayev zənglərimizə cavab vermədi.

Əməkdaşlarımızın fakt yerindən hazırladığı reportajı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru