İki ay əvvəl təyin edilmiş əlillik dərəcəsindən iki gündür xəbər alıb - VİDEO

29-01-2022, 15:27           
İki ay əvvəl təyin edilmiş əlillik dərəcəsindən iki gündür xəbər alıb - VİDEO
Ötən ilin noyabrında əlillik təyin edilən şəxsə bu barədə 2 gün əvvəl məlumat verilib. Pensiya kartı isə ümumiyyətlə ortalıqda yoxdur.

Bu iddia ilə Cəlilabadda yaşayan İkinci Qarabağ müharibəsi qazisi Ağalar Əliyev çıxış edib.

Deyir ki, ağır yaralandığı üçün əmək qabiliyyətini itirib. Yeganə ümidi pensiyasıdır ki, onu da ala bilmir.

Aidiyyəti qurumdan zəng edərək bildiriblər ki, 2 aydan çoxdur, ona pensiya təyin edilib. Aylar sonra bu barədə xəbər tutan Ağalar Əliyev indi isə pensiya kartını almağa çalışır.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən qaziyə ötən il noyabrın 20-də 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilib. Ağalar Əliyev ümumilikdə hər ay 300 manat Prezidentin aylıq təqaüdünü və 120 manat sosial müavinət alacaq.

Onun pensiya kartı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirdi ki, vətəndaşın adına olan mobil nömrəyə bu barədə SMS bildiriş göndərilib. Ağalar Əliyev şəxsiyyət vəsiqəsi ilə Kapital Bankın istənilən filialına yaxınlaşaraq kartını götürə bilər. Kartda artıq iki ayın ödənişləri var. Yanvar ayının ödənişləri də yaxın vaxtda yüklənəcək.

Teref.az xezerxeber.az-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.