Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? - RƏSMİ

29-01-2022, 15:34           
Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? - RƏSMİ
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Şahvələdova Mətanət Ziyəddin qızı ona verilən Prezident təqaüdünün kəsildiyini deyir.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkədə videomüraciət yayımlayıb.

M. Şahvələdova bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə qurub: "O zaman yaşım rəsmi nikah yaşına düşməyib. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci ildə şəhid olub. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alıram. 2021-ci ilin noyabrından isə mənə verilən Prezident təqaüdü dayandırılıb. Deyirlər ki, rəsmi nikahın yoxdur, ona görə təqaüd dayandırılıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru