MƏKTƏBLƏRDƏN RƏZİL VİDEOLAR: EMİN ƏMİRULLAYEVƏ HÜCUM, YOXSA…

31-01-2022, 09:56           
MƏKTƏBLƏRDƏN RƏZİL VİDEOLAR: EMİN ƏMİRULLAYEVƏ HÜCUM, YOXSA…
Son günlərdə məktəblərdə özbaşınalıqları əks etdirən videolar yayılmaqdadır. Həmin kadrlarda gah direktorun rüşvət istəməsi ilə bağlı audio yazı, gah müəllimin şagirdə şiddəti, gah məktəblilərin sinif otağında tədrisə uyğun olmayan hərəkətləri öz əksini tapır.
Artıq ayrı-ayrı təhsil ocaqlarından belə görüntülərin üzə çıxması tendensiya halını almaqdadır. Teref.az yazır ki, bununla bağlı tia.az-ı məlumatlandıran mənbənin sözlərinə görə əslində bir çox təhsil müəssisələrində neqativ halları aşkarlamaq mümkündür. Lakin son günlər ard-arda videoların sosial şəbəkələrdə yayılması təhsil naziri Emin Əmirullayev əleyhinə kampaniya başladılması ilə izah edilir.
Bildirilir ki, bəzi deputatların, təhsil ekspertlərinin, ayrı-ayrı elm adamlarının da prosesə qoşulması, müxtəlif mətbu səhifələrdə təhsil sektorunun bərbad gündə olması təsəvvürü yaradılması məhz nazirin heç bir islahat aparmadığənı ictimai rəydə formalaşdırmağa hesablanıb. İddialar səslənir ki, bu qara piarın arxasında duran güclər var və ardıcıl olaraq sosial şəbəkələrdə videolar yayılmaqla kampaniya xarakteri almağa başlayıb. Bildirilir ki, nazir Əmirullayevin fəaliyyətinin uğursuz olduğu, Misir Mərdanov ənənələrinin davam etdiyi, məktəblərdə xaos baş verdiyi təsəvvürü artıq yaranmaqdadır. Bununla Əmirullayevin nazir postuna gedişi üçün zəmin hazırlanır və köhnə qvardiya tərəfindən yeni komandanın üzvünə qarşı sistemki hücum təşkil olunur. Ona görə də az qala hər gün məktəblərdən görüntülər yayılır. Ancaq o da reallıqdır ki, nazir təhsil sahəsində ciddi islahatlara nail ola bilməyib və məktəblərdə rəzalət yaşanır. Burada günahkar axtarmaq da çətindir. Çünki direktor-müəllim-şagird münasibətlərində ciddi problemlər var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.