Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub - TƏFƏRRÜAT

31-01-2022, 19:50           
Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub - TƏFƏRRÜAT
Britaniyanın Milli Cinayət Agentliyi azərbaycanlı siyasətçiyə bağlı bank hesablarındakı milyonlarla funt-sterlinqi müsadirə edib. Bu haqda agentlik məlumat yayıb. Söhbət “Azərbaycanın pulyuyan maşını” adlı beynəlxalq pulyuma sxemindən çıxarılmış milyonlardan gedir. Teref.az xəbər verir ki, bu barədə "Azadlıq" Radiosu məlumat yayıb...

Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə ediblər.

Agentlik bildirir ki, hərtərəfli təhqiqat nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, övladlarında biri Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına hesablar üzrə altı Hesab Dondurma Orderi əldə edilib.

Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.

Sxem çərçivəsində pul Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində üç həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib.

“Azərbaycanın pulyuyan maşını” adlı araşdırma nəticəsində beynəlxalq jurnalistlər 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia ediblər. Bu vəsaitin bir qisminin avropalı deputatları ələ almaq üçün xərcləndiyi bildirilirdi.

Azərbaycan rəsmiləri isə iddiaları rədd ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.