İngiltərədə Azərbaycandan oğurlanan pullar müsadirə edildi - TƏFFƏRÜAT

1-02-2022, 08:24           
İngiltərədə Azərbaycandan oğurlanan  pullar müsadirə edildi - TƏFFƏRÜAT
Bugün, Londonun Westminster Magistrates Məhkəməsinin hakimi Azərbaycandan olan üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinq "çirkli pul" un - 5,64 milyon funt sterlinqini (7,5 milyon ABŞ dolları) Britaniyanı Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.
Müsadirə olunan vəsait Azərbaycanlı dərman maqnatı və deputat, Böyük Britaniya-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazıb. Daha sonra Qubad İbadoğlu yazır:
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, Regents Parkının yanındakı Cumberland Terrace-də ailəsinin çox milyon funtluq sterlinq dəyərində olan malikanəsinin də pulunu ordan ödəyib.
Lakin, Westminster Magistrates Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani məhkəməyə təqdim edilmiş sənədlərin tamamilə uydurma olduğuna və çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların mövcudluğunu əsas götürərək üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin £5,630,994.19 müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi. qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə edilib.
Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub. Baxmayaraq ki, Feyziyevlər ailəsi Londonda ən bahalı vəkillərə külli miqdarda pul xərcləyirdilər, amma heç nəyə nail ola bilmədilər. Eyni aqibəti hələ çoxları yaşayacaq.
P.S. Pensiyaçılar, azgəlirlilər qəpik-qəpik yığıb keyfiyyətsiz dərmana xərcləyir, ondan da qazananlar aparıb həmin pulları ingilislərə yedizdirirlər. Korrupsiya, rüşvətxorluq baş alıb gedən ölkədən oğurlanan pullar barəsində hələ çox xəbərlər gələcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.