Bakı Metropoliteni QSC özbaşınalığından prezidentə şikayət olundu - ŞİKAYƏT

8-04-2016, 12:55           

teref.az-nun poçtuna gələn şikayət məktubunu təqdim edir:
Binəqədi rayonu 7 - ci mkr 3126-cı məhəllədə Dərnəgül deposunun inşaat ərazisində yerləşən maqistral su kəmərlərinin kollektir vasitəsilə ərazidən kənarlaşdırılaraq mövcud xətlərə birləşdirilməsi üçün dəhlizin açılması məqsədilə 3 fərdi yaşayış evinə 461 min manat dövlət vəsaiti ödəməklə dövlət ehtiyacları üçün alınaraq sökülüb və su xətləri həmən ərazidən aparılaraq mövcud xətlərə birləşdirilib. İndi bu ərazi maqistral su kəmərlərinin sanitar-mühafizə zonasına aiddir. Lakin buna baxmayaraq hər ilin aprel ayında kimlərsə bu əraziləri zəbt edərək qanunsuz tikintilər aparmaq istəyir. Təkcə keçəl il iki dəfə belə hal baş vermişdir. Vaxtında adiəti qurumlara ünvanladığım müraciətlər sayəsində çətinliklə qanunsuz tikintinin qarşısı alınaraq ərazi yügül konstruksiyayla asarlanaraq təhlükəsizliyi təmin edilmişdir. Bu gün yenidən həmən ərəzinin yüngül konustruksiyalı hasarı Bakı Metropoliteni QSC-nin tikinti biriqadası tərəfindən uçurdularaq ərazinin hasarlanma işlərinə başlanılmışdır. Məsələ orasındadır ki, bu ərazi maqistral su kəmərlərinin sanitar-mühafizə zonası və su xətlərinin düz üstü olduğu üçün burada hər-hansı ağır tikinti materiallardan istifadə edərək hasarlama işləri aparmaq çox təhlükəlidir. 5 ildir ki, bu məsələylə bağlı mübarızə aparıram, artıq yorulmuşam !!! Bu qədər qanunsuzluq olmaz. Azərsu ASC tərıfidən dövlət bütcəsindən vəsait xərclənərək xətlərin təhkükəsizliyi üçün ərazı hasarlanır və 11 aydan sonra həmən hasarlar metropoliten tərəfindən dağıdlır. Buna nə ad vermək olar. Bu su xətlərinin həcimi çox böyükdü əgər hər-hansı qaza baş vermiş olsa onun qabağını almaq mümkün olmayacaq !!! Axı bu torpaqlar nəynizə lazımdır ? Nəyə görə bizlərə rahat yaşamağa imkan vermirsiniz ? Onsuzda su xətlərinin köçürülməsi zamanı qanunsuz olaraq layihədən kənara çıxmaqla su xətlərinin istiqamətlərini dəyişərək evlərimizi təhlükə altına salmısınız !!! İndi niyyətiniz nədir ? Evlərimizi su altına salmaq istəyirsiniz ?
Burdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Baş Nazirin Müavini Abid Şərifova müraciət edərək bizləri bu zülümdən xilas etmələrini xahiş edirəm . Ancaq Siz Bakı Metropolitenini durdura bilərsiniz.
Səmədov E.Z
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.