"Su ilə işgəncə verməməyə söz veririk" - MKİ (CİA) şefi
11-04-2016, 15:30
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brenna bəyan edib ki, onun əməkdaşları bundan sonra məhbuslara qarşı suda boğmaqla işgəncə tətbiq etməyəcəklər, hətta gələcək ABŞ prezidenti bunun onlardan tələb etsə də.
“Mən belə metodların tətbiqinə razılıq verməyəcəm” – Brennan NBC News telekanalına eksklüziv müsahibəsində belə deyib.
Qeyd edək ki, Respublikaçılar partiyasından namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə 2009-cu ildən qadağan olunan suda boğmaqla tətbiq olunan işgəncə növünü yenidən qaytaracağını bildirmişdi.