KİV-lər cəbhədəki döyüşlərdə necə işlədi?

12-04-2016, 13:51           
KİV-lər cəbhədəki döyüşlərdə necə işlədi?
“Cəbhə xəttində baş verən son hadisələr zamanı Azərbaycan mətbuat üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bildi”

Bunu AzVision.az-a açıqlamasında Mətbut Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. MŞ sədri qeyd edib ki, KİV-lər təmas xəttində gedən döyüşlərdə peşəkar fəaliyyət nümayiş etdirib.

“Mətbuat Şurası bu müddət ərzində iki dəfə bəyənatla çıxış edib, tərəfimizdən monitorinq aparılıb. Məlum oldu ki, KİV-lərin tam əksəriyyəti baş verən hadisələrə soyuq başla yanaşdı. Xəbər mənbəyi kimi Müdafiə Nazirliyinə istinad verildi. Halbuki, 2 il bundan əvvəl qoşunların təmas xəttində baş verən hadisələr zamanı müəyyən səhvlər buraxılmışdı. Həmin vaxt başqa mənbələrə istinad, daha çox erməni mətbuatına, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən erməni mənbələrinə, qohumlarının verdiyi məlumatlara istinad edirdilər. Amma bu dəfə belə mənbələr gözə dəymədi”.

Əflatun Amaşov bildirib ki, cəbhədə baş verən hadisələrə online-jurnalistika təmsilçiləri peşəkar və vətənpərvər yanaşıb. Onun sözlərinə görə, bəzi KİV-lərdə qüsular olsa da, bu səhvlər qısa müddətdə aradan qaldırıldı.

“Çox təssüf ki, Azərbaycandan kənarda fəaliyyət göstərən müəyyən KİV-lər yalnışlığa yol verdilər. Bunları da danmaq olmaz. Həmin KİV-lərin yayımının dayandırılması mümkün deyil. Çünki onlar internet üzərindən yayımlanır. Ümumilikdə isə mətbuatın işini yüksək qiymətləndirirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.