Avtobuslarda gediş haqqının artırılmasını istəyən kimlərdir?

9-04-2022, 09:27           
Avtobuslarda gediş haqqının artırılmasını istəyən kimlərdir?
İki gündür ki, yerli mediada müzakirə edilən və daha çox informasiya yayılan məqamlardan biri də Bakıda sərnişindaşınmada qiymətlərin artırılması ilə bağlıdır. Əsasən yerüstü nəqliyyat vasitələrində, ictimai və çoxtutumlu avtobus sahibi olan iş adamlarının hökumətə müraciət etdiyinə dair informasiyalar yayılıb. Hələlik hökumətin bununla bağlı olaraq heç bir cavab açıqlaması yoxdur.

Bununla belə faktiki bahalaşma və infilyasiyadan əziyyət çəkən, gəlirləri artmayan, əksinə əhali arasında narazılıq yaşanmaqdadır. Bakı şəhəri üzrə daxili sərnişindaşınmada faktiki tariflər əsasən standart olaraq 30 qəpikdən hesablanır. Bir gediş üzrə ödənişin qiyməti məsafədən asılı olmayaraq paytaxtda vahid tarif ilə müəyyən olunub.

Bakıətrafı qəsəblərdə isə müvafiq olaraq tariflər 5 və 10 qəpik aralığında artımla dəyişir. Hazırda Bakı şəhərində yerüstü nəqliyyatdan istifadə edən aktiv sərnişin sayı gündəlik təqribi hesablamalara görə 1 milyona yaxındır.

Əsasən əhalinin aztəminatlı təbəqəsindən formalaşan sərnişin kantingenti son aylarda ərzaq məhsullarının, digər gündəlik təlabat mallarının bahalaşmasından əziyyət çəkir. Əgər sərnişindaşınma üzrə tariflər artırılacaqsa, o zaman 1 milyona yaxın aztəminatlı insanın həyatında da bu məqam özünü ciddi şəkildə mənfi travmalarla göstərəcək.

“Hurriyyət” olaraq mövzu ilə bağlı araşdırma aparan zaman indilikdə xərclərinin artdığını iddia edərək gediş haqlarının artırılmasını tələb edən şirkətlər nə qədər haqlı olduğunu araşdırıb. Araşdırmalar zamanı məlum olub ki, əslində Bakı şəhərində sərnişindaşınma ilə məşğul olan şirkətlər üçün dövlət tərəfindən yetərincə dotasiya və dəstək proqramları tətbiq edilir. 1992-ci ildən bu günə qədər sərnişindaşınmada nəzərdə tutulmuş əhali qruplarına görə 30 çeşiddə güzəştlər ləğv edilib. Tələbələr, təqaüdçülər, məktəblilər, veteranlar, əlillər, jurnalistlər üçün gediş haqqında edilən bütün güzəştlər ləğv edilib. Hazırda yalnız polis və hərbiçilər üçün məhdud gediş haqqında azadolma güzəşti nəzərdə tutulur.

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda göstərilən qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, “Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cu hissəsinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Yəni yalnız bu qədər insan, çox az sayda əhali qrupu gediş haqqından azad ediliib.

İndi isə gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət edən marşrut sahiblərinin açıqlamalarına diqqət edək:

«Ayşən LTD» MMC-nin rəhbəri İradə Əliyeva deyir ki, hazırda nəqliyyat şirkətləri ağır vəziyyətdədir. Onun sözlərinə görə, indiki iqtisadi vəziyyətlə müqayisə edəndə ictimai nəqliyyat ödənişi çox aşağı səviyyədədir: «2022-ci ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb. Belə ki, Türkiyənin Ankara şəhərində ictimai nəqliyyat xidməti 44 faiz, Gürcüstanda 2 dəfə, İranın Təbriz şəhərində 30 faiz, Rusiya paytaxtında isə 15 faiz nisbətində artırılıb».

Doğurdan da şirkət rəsmisinin dediklərində həqiqət var. Lakin “Hurriyyət” olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, Rusiyada təqaüdçülər şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Eyni zamanda, Rusiyada müharibələrdə iştirak etmiş şəxslərin də ictimai nəqliyyatdan istifadə zamanı gediş haqqından azad olunduğu deyilir. Bundan başqa orta məktəb şagirdləri və tələbələr üçün ayrıca gediş haqqı kartları nəzərdə tutulur. Əsasən 50 faiz güzəştlə istifadə etmək hüququ yaranır. Azərbaycanda isə avtobuslarda əhalinin demək olar ki, heç bir kateqoriyası güzəşt əldə etmir. Bu məqamı isə gediş haqqının artırılmasını istəyən şirkətlər görməzdən gəlirlər.

Analoji olaraq Türkiyədə gediş haqqının artırılmasını iddia edən «Ayşən LTD» MMC-nin rəsmilərinə xatırlatmaq yerinə düşər ki, hazırda Türkiyədə vahid gediş haqqı kartları deyil, 5 çeşiddə ödəmə kartı tətbiq olunur. Güzəştlərdən təqaüdçülər, məktəblilər, tələbələr, əlillər, qazilər, hərbçilər, tibbi personal üzrə təcili yardım heyyətində işləyənlər də yararlana bilir. Bundan başqa Türkiyədə gediş haqları üzrə ödəniş sistemlərində faizsiz kredit mexanizmləri də nəzərdə tutulur ki, bunların da heç biri Azərbaycanda şəhərdaxili nəqliyyatdan istifadə edən və bu kateqoriyadan olan heç kim üçün tətbiq edilmir.

Məsələn gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət edən şirkətlərdən birinin mətbuata açıqlamasında bu məqam yer alır: «İctimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb». İctimai nəqliyyatda təmsil olunan şirkətlərin xərcləri nəyin təsiri altında bahalaşıb? Dünyada nəqliyyat sektorunda post pandemiya dövründən sonra maşınqayırma sənayesində yeni mərhələ başlayıb. Bazarlar əvvəlkindən fərqli olaraq aktiv iştirakçılara daha aşağı qiymətə xidmət və ehtiyat hissələri təklif edirlər. Səbəb sadədir, pandemiya dövründə itirilmiş istehsal potensialını, gəlirləri azalmış və ziyana düşən müştərilərə ucuz qiymətə təklif etməklə bərpa olunma. Bundan başqa sərnişindaşınma sektorunda çalışan, xüsusilə də özəl sektorda işçilərin sosial müdafiəsi ilə bağlı da ortada ciddi iddialar var. Yəni bu sektorda çalışanların social müdafiəsində çox ciddi problemlər var.

“Hurriyyət”ə daxil olan məlumata əsasən Tarif Şurasına yardım üçün müraciət edən sərnişindaşınma üzrə 30-dan çox şirkətin adları da bəlli səbəblərdən gizli saxlanılır.

Daxil olan məlumata əsasən hazırda Bakı şəhərində 160 marşrut xətti üzrə 58 nəqliyyat şirkətinin əksəriyyətinin sürücülərlə əmək müqaviləsi yoxdur. Sürücülərin maaş kartlarına pulları köçürülmür, mənimsənilir və s.

Sərnişiindaşınma üzrə fəaliyyət göstərən 58 şirkət bu günə qədər maliyyə hesabatı ilə bağlı hər hansı auditin nəticələrini ictimayyətə açıqlamayıb. Bunun da səbəbi odur ki, həmin şirkət rəhbərləri maliyyə hesablaşamalarında şəffaf deyillər.

Adətən bu şirkətlərin vergi reyestrində qanuni təmsilçiləri kimi İraq, İran, Mozambik və digər ölkələrə məxsus “sahibkarlar”ı qeydiyyatdan keçirirlər.

Və həmin “qanuni təmsilçi” də adətən gizli saxlanılır. Məsələn iddiaların biri də ondan ibarətdir ki, əgər bu şirkətlərdə maliyyə yoxlaması həyata keçirilsə o zaman vergidənyayınma hallarını ortadan qaldırmaqla xeyli yeni avtobus almaq olar. Daha zavallı orta statistic azərbaycanlının 30 qəpiyinə göz dikib onu 50 qəpik və ya 1 manat etmək üçün hökumətə müraciət etməzlər.

Bundan başqa “Hurriyyət”-ə daxil olan məlumata əsasən yeni avtobusların böyük hissəsi sıxılmış maye qazla işləyir, onlar hökumətin müvafiq qərarı ilə ƏDV-dən azad edilib. Dizel yanacağına görə nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində sahibkarlara geri qaytarılır.

Yəni göründüyü ki, həmin marşrut sahibləri olanların iddia etdiyi kimi dövlət tərəfindən heç dotasiya almırıq iddiaları da təmamilə yalandır. Üstəlik Nazirlər Kabineti yanında Operativ Qərargahdan 2020-2021-ci illərə dair verilən açıqlamalara da diqqət edək. Bu dövr ərzində sərnişinlərin ictimai nəqliyyat vasitəsilə hərəkəti qadağan edildiyi və ya məhdudlaşdırıldığı dönəmlərdə həmin marşrut sahibləri yardımlarla təmin olunublar.

Ümumilikdə sahibkar kimi bu marşrut sahiblərinə fəaliyyət göstərmədikləri dövr üçün dövlət tərəfindən milyonlarla manat yardım paketləri ayrılıb.

İndi sərnişindaşınma üzrə tariflərin artırılması tələbi ilə çıxış edən həmin sahibkarlar üçün Sahibkarlığa Kömək Fondunun xəttiylə çox aşağı faizlə dövlət zəmanətli kreditlər ayrılıb.

Azərbaycanda əhalinin gəlirləri artmayıb. Qiymətlər bahalaşır. Əgər ictimai nəqliyyatda gedişhaqqı da artacaqsa o zaman bu çox böyük social narazılığa səbəb ola bilər. Hər halda son qərarı hökumət verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.