Zəvvarların NƏZƏRİNƏ: Həcc ziyarəti ilə bağlı mühüm qərar verildi Din

9-04-2022, 10:03           
Zəvvarların NƏZƏRİNƏ: Həcc ziyarəti ilə bağlı mühüm qərar verildi Din
Səudiyyə Ərəbistanı il ərzində bir milyonadək insana həcc ziyarətini gerçəkləşdirmək imkanı yaradıb. Bu siyahıya həm krallığın sakinləri, həm də əcnəbilər daxildir.

Bu barədə “Saudi Press Agency” Həcc və Ümrə Məsələləri Nazirliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, 65 yaşdan aşağı, tam peyvənd olunmuş şəxslər Məkkəni ziyarət edə bilərlər. Ziyarətçilər həmçinin Səudiyyə Ərəbistanına gələrkən PCR testinin mənfi nəticəsini də təqdim etməlidirlər.
Krallıq bu il fevralın 3-də 2022-ci ildə həcc ziyarətinə icazə vermək niyyətini açıqlamışdı. Həccə hazırlıq həm krallıqda, həm ziyarətçilərin ölkələrində epidemioloji situasiyaya uyğun olaraq müəyyənləşdirilib. \Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru