Əhaliyə ŞAD XƏBƏR: Bu qadağa ləğv edilir

12-04-2022, 08:54           
Əhaliyə ŞAD XƏBƏR: Bu qadağa ləğv edilir
Ölkədə pandemiya ilə bağlı müəyyən yumuşaldılmalar olsa da, hələ də bəzi qəraralar qüvvədəddir. Yoluxmanın azalması, vaksinasiyanın uğurla davam etməsi bəzi qadağaların ləğvi məsələsini də gündəmə gətirir. Milli Məclisin səhiyyə komitəsinin üzvü , millət vəkili Müşfiq Məmmədli deyir ki, maska qadağasını eləcə də bir sıra məhdudiyyətləri biz rahatlıqla götürə bilərik. Çünki hazırkı vəziyyət bunu tələb edir.

Son günlər yoluxma səviyyəsində və aktiv xəstə sayında azalmalar bır sıra məhdudiyyətlərin ləğvinə zəmin yaradır.

Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə ölkəmizdə koronavirusla bağlı atılan ilkin addımlar, vaksinasiya prosesi dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir.

Millət vəkili hesab edir ki, ölkəmizdə epidemioloji prosesin nəzarət altında olması bəzi qadağaların xüsusilə maskanın ləğvi məsələsini gündəmə gətirir.

Nəticədə epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur deyə millət vəkili vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru