Bakıda Səlim Müslümova etiraz edən aksiyaçılar yolu bağladı - FOTO - VİDEO
18-04-2016, 17:05
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası önündə 100 nəfərdən artıq vətəndaş aksiya keçirib. Hurriyyet.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, nazir Səlim Müslümovun qəbuluna düşmək istəyən etirazçılar, onlara qanunsuz olaraq sosial yardım verilməməsindən şikayətçidirlər. Məlumata əsasən, nazirliyin rəsmiləri Səlim Müslümovun yerində olmadığını bildirərək, polisin gücü ilə aksiyaçıları ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Buna etiraz edən vətəndaşlar nazirliyin qarşısındakı avtomobil yolunu bağlayıblar. Lakin polisin müdaxiləsi ilə qısa zamanda yolda avtomobillərin məneəsiz hərəkəti təmin olunub. Hazırda aksiya davam edir. Hadisə yerindən çəkilmiş foto və videoları təqdim edirik: