Sosial yardımı kəsilən Goranboy sakini adına avtomobil olmamasını TƏSDİQ ETDİ – Nazirlik hansı addımı ATACAQ?

27-05-2022, 10:33           
Sosial yardımı kəsilən Goranboy sakini adına avtomobil olmamasını TƏSDİQ ETDİ –
Sosial yardımı kəsilən Goranboy sakini adına avtomobil olmamasını TƏSDİQ ETDİ – Nazirlik hansı addımı ATACAQ?
Hazırda oxunan: Sosial yardımı kəsilən Goranboy sakini adına avtomobil olmamasını TƏSDİQ ETDİ – Nazirlik hansı addımı ATACAQ?
Goranboyda vətəndaşın adına avtomobil çıxdığı üçün sosial yardım ala bilməməsini xəbər vermişdik.

Qeyd edək ki, rayonun Tatarlı kənd sakini, 1973-cü il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov bu ilin yanvarına qədər 3 il müddətində sosial yardım alıb. Adına avtomobil çıxdığı üçün sosial yardımı kəsilib.

Şikayətçinin müvafiq quruma müraciəti zamanı məlum olub ki, Sahib Məmmədovun adına çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur.

Teref.az yazır ki, Bizim.Media-ya növbəti dəfə müraciət edən Sahib Məmmədov Gəncə Rayon Polis Şöbəsindən adına avtomobil olmamasını təsdiq edən arayış aldığını və həmin sənədin poçtla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyini bildirib:

“Çətinliklə də olsa, bu arayış aldım və birbaşa Sahil Babayevə ünvanladım. Ümid edirəm ki, Dövlət Sosial Müdafiə Fondu mənim məsələmi tez bir zamanda həll edəcək. Çox ağır durumdayam. Ailəmi və 2 körpəmi dolandırmaqda çətinlik çəkirəm”, - deyə Sahib Məmmədov əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsi vətəndaşın şikayəti əsasında məsələni nəzarətə götürüb. Bununla bağlı qurum hələki sorğumuza rəsmi mövqe bildirməyib.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.