Qabil Quliyev prezidenti də saymır – “Prokurora demirsən, lap İlham Əliyevə de, heç kim yanımdan yel olub ötə bilməz”
4-05-2016, 23:46
Qaradağ rayonu Muşfiqabad qəsəbəsində məcburi köçkunlər ucun tikilmiş şəhərcikdə bina 2, mənzil 60-da məskunlaşan Əliyev İlqar redaksiyamıza yazılı muraciət edib. Onun sozlərinə gorə, dunən qızları Leyla və Fəridə qəfil sancılanıblar. Məlum olub ki, sözugedən binanın su borusu çürüyüb və onu mazutlu boru ilə əvəzləyiblər.Nəticədə evlərə mazut qarışıq su gəldiyindən uşaqlar su içərkən zəhərləniblər. Yaranmış vəziyyət binada hamının narazılığına səbəb olub.
İlqar Əliyev onu da bildirib ki, bu gun mən Mənzil Kommunal Təsərrüfatının rəisi Qabil Quliyevə məsələ ilə bağlı muraciət edib və lazımi orqanlara muraciət edəcəyini deyib. Ancaq qarşı tərəfin sözləri onu şoka salıb. Belə ki, Qabil Quliyev ona “prokurora demirsən, lap İlham Əliyevə de, heç kim yanimdan yel olub otə bilməz. Deməyən lap alçağın oğludur” söyləyib.
İlqar Əliyev məsələylə bağlı Respublika Prokuru Zakir Qaralova, Qaçqın və Məcburi Köçkunlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və
ölkə başçısına yazılı muraciət edəcəyini bildirib. “Doğrudanmı Qabil Quliyev ölkədə heç kimi hərləmir? Bəlkə onun arxalandığı xarici quvvə var? Bəlkə onun məqsədi həqiqətən bilərəkdən bizi zəhərləmək olub?! Yoxsa onun məqsədi cəbhədə yaranmış belə vəziyyətdə duşmən dəyirmanına su tökməkdir?!
Odur ki, Qabil Quliyevin vəzifə səlahiyyətini aşaraq sakinlərlə belə kobud davranmağının və onun məmur özbaşinalığının kökundə nəyin və kimin dayandığının araşdırılmasını tələb edirəm”, - deyə İ.Əliyev yazılı müraciətində bildirib.
Hurriyyet.org