İcra başçısının oğlu dekana əl qaldırıb?

4-05-2016, 23:51           

Cəbhəyanı bölgələrdə sadə azərbaycanlıların övladları vətənin keşiyində, ölümlə üz-üzə dayandıqları bir vaxtda Bakıda məmur övladları hər cür xoşagəlməzliklə məşğuldur. Sanki vəzifəlilərin övladları ölkə rəhbərliyinin tənbehlərini heç eşitməyiblər. Bəlkə də belədir?! Kef məclisləri, bahalı maşınlar olan yerdə ölkədəki ab-havanı çətin ki, kimsə duya. Odur ki, hər cür qurudğanlığın şahidi oluruq...

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında müəllim tələbə qarşıdurması haqda istiqlal.az-a məlumat daxil olub.

Həmin məlumatda iddia olunur ki, Gədəbəy Rayon İcra Hakmiyyətinin başçısı Ramiz Yediyarovun oğlu Cavad Yediyarov təhsil ocağında dekanlardan biri ilə mübahsiə edib. Hətta məmur oğlunun dekana qarşı zorkılığa əl atdığı da iddia olunur. Qeyd edilir ki, olayla bağlı Akademiyanın rəhbərliyi tərəfindən 2 ünvana müraciət olunaraq ölçü götürülməsi tələb olunub. Məsələ ilə bağlı FHN Akademiyası ilə saxladıq. Lakin akademiyadan dəqiqləşdirmə apara bilmədik. Bununla belə araşdırmamız davam edir. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.