Çökən sistemin vətəndaşların maraqlarına vurduğu ziyan: – “”iTicket.az” bu siyahıya daxil edilməlidir”

15-08-2022, 12:03           
Çökən sistemin vətəndaşların maraqlarına vurduğu ziyan: – “”iTicket.az” bu siyahıya daxil edilməlidir”
“”iTicket” şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub:

“Bu gün minlərlə vətəndaşımız “Qarabağ” Futbol Klubunun bilet satışını həvalə etdiyi “iTicket” şirkətin saytından elektron bilet əldə etməkdə çətinliklə üzləşib, sistem çöküb, xeyli sayda vətəndaşlar ödəniş etsə də bilet əldə edə bilməyiblər. Zaman-zaman bu tip problemlər müşahidə olunur. Qarabağ FK məşhurlaşdıqca problem daha da dərinləşə bilər.

Bununla da kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan “iTicket” şirkətinin iTicket.az resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.

Belə olarsa artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək .

Qısası, əgər “iTicket” kritik infrastrukturun subyekti olsa bilet satışı sisteminin təhlükəsizliyi DTX və XRİT Dövlət Xidmətinin nəzarətinə keçəcək”. //yenicag.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.