Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!

26-09-2022, 16:26           
Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Mingəçevir şəhərinin ətrafında Kür çayının sağ sahilində formalaşmış sututarların (1) və Baş Mil-Muğan kollektorunun (2) suyundan suvarma məqsədli istifadənin texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Geo-Su Group" MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1,2 milyon manat və 800 min manat, ümumilikdə isə 2 milyon manat ödəniləcək.

DİA.AZ bildirir ki, “Geo-Su Group” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elvin Rüstəmovdur. Şirkətin vergi borcu 5 355 manatdır.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru