Rusiyanın Ukrayna səmasında yanan milyardları – Bir günlük raket hücumunun statistikası

17-11-2022, 10:14           
Rusiyanın Ukrayna səmasında yanan milyardları –
Noyabrın 15-də Ukraynanın əsasən enerji infrastrukturuna qarşı həyata keçirilən raket hücumu Rusiyaya təxminən 1 milyard dollara başa gəlib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında yayılan məlumatlarda atılan raketlərin çeşidi və xarakteristikası barədə statistika yer alıb.

Beləlikə, noyabrın 15-də Ukrayna ərazisinə 96 ədəd qanadlı raket atılıb ki, onların da 75-i vurulub. Bunların içərisində “X-101”, “X-555” və “Kalibr” raketləri olub. Bundan əlavə, xeyli sayda idarə olunan “X-59” aviasiya raketləri, eləcə də İranın "Shahed-136/131", Rusiyanın "Orion" və "Orlan-10” dronlarından istifadə olunub.

Məlumatda qeyd olunur ki, “X-101” raketinin bir ədədinin qiyməti 13 milyon dollar, “Kalibr” raketi 6,5 milyon dollar, “X-555” isə 7.5 milyon dollardır. “X-59”-un birinin qiyməti 300 min dollardır.
Ətraflı

Bundan əlavə, İran dronlarının qiyməti 20-50 min dollar arasında dəyişir. Rusiya istehsalı olan “Orlan-10” 100 min dollar, “Orion” isə 30 milyon dollardır. Son raket hücumunda bir ədəd “Orion”-un vurulduğu da qeyd edilir.

Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə noyabrın 15-də baş verən terror hücumu zamanı Rusiyanın istifadə etdiyi raket və PUA-ların dəyəri 524-994 milyon dollar aralığındadır.

Beləliklə, işğalçı ölkənin raketləri Ukraynaya ölüm və dağıntı gətirdiyi kimi, Rusiya iqtisadiyyatına da milyardlarla dollar ziyan vurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru