Naxçıvan sakinləri bizdən biri deyilmi? - "Bu pullar kimin cibinə axır?"
17-11-2022, 10:28
"Bu Naxçıvanda niyə heç bir ticarət mərkəzində aptekdə və digər yerlərdə ƏDV çeki verilmir?" DİA.AZ bildirir ki, bununla bağlı müraciət edən Naxçıvan sakinləri özlərinin Azərbaycan vətəndaşı olub-olmamalarından da narahatdırlar.
Daha sonra narazı sakinlər yazır: "Səbəb nədir bu özbaşınalığa? Bilən varsa, zəhmət olmasa, məlumat versin sakinlərə.
Azərbaycanın digər yerlərində - hətta kənd yerində belə ƏDV çeki verilir. Bu isə çəkilən xərcin 15-20 faizinin geriyə qayıtması deməkdir...
Naxçıvana nədən ayrı-seçkilik edilməlidir? Bu pullar kimin cibinə axır?"
Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...