"Azərlotoreya" vətəndaşı necə ÇİLƏDƏN ÇIXARIBSA... - "Məhkəməyə verəcəm..."

17-11-2022, 11:20           
"Azərlotoreya" vətəndaşı necə ÇİLƏDƏN ÇIXARIBSA... -
“Misli.az” misli görünməmiş fırıldaqlarla mərc həvəskarlarını soymaqda davam edir. Ən pisi isə odur ki, belə mərc qurumları bu işlə təkbaşına məşğul olmur. Televiziya kanalları da günün istənilən vaxtı belə mərc oyunlarının reklamı ilə məşğul olaraq onlara dəstək verir, qumar oyunlarına həvəsi artırırlar.

Tribuna.az xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır. Sosial şəbəkələrdə müxtəlif səhifələrdə reklam yerləşdirən “Misli” indi də həvəskarlar üçün “Maaş Günü” oyunları tətbiq edib. Bununla da “Misli”də ani virtual oyunların sayı 10-a yüksəlib.

Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir. İstifadəçilərin udduğu halda pulunu ala bilmədiyi bu oyunlardan yüzlərlə şikayətlər də var.

Mərc həvəskarı olan İbrahim Muradov bildirib ki, oynadığı oyunda qalib gəlsə də, “Misli” pulunu ödəmir:

“Misli saxtakardır, inanmayın. 2 həftədir udduğum məbləği vermir. Uduş zamanı məbləğ bir qədər çox oldusa, pulu vemirlər. Pulumu vermədiklərinə görə məhkəməyə verəcəm”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru