Alimpaşa Məmmədovun `SAĞ ƏLİ` direktor göndərilir - İDDİA

17-11-2022, 16:38           
Alimpaşa Məmmədovun `SAĞ ƏLİ` direktor göndərilir - İDDİA
Bu günlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilən Qüdrət Əliyevə yeni vəzifə veriləcək.

TEREF.AZ bildirir ki, Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun "sağ əli" Qüdrət Əliyev Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyə direktor göndərilir.

Məlumatlara görə, Alimpaşa Məmmədovun dövründə uzun müddət icra başçısının birinci müavini işləmiş Qüdrət Əliyev heç vaxt pedaqoq kimi fəaliyyət göstərməyib və müəllim kimi şagirdlərin qarşısına çıxmayıb.

Qeyd edək ki, keçmiş icra başçısı Alimpaşa Məmmədov DTX tərəfindən həbs olunarkən, Qüdrət Əliyev də saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru