Gələn il əmək pensiyalarının artım proqnozu açıqlanıb

18-11-2022, 02:54           
Gələn il əmək pensiyalarının artım proqnozu açıqlanıb
Musa Quliyev plenar iclasda pensiyalarla bağlı çıxış edib

"Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır".

AYNA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlament noyabrın 17-də keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilmişdir.

“2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu məbləği 240 manata çatdırılmışdır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 399 manatdan 56 manat artaraq - 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq - 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq - 374 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 44,2% və 45,5% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcəkdir. Qeyd edilən əmsal 2018-ci ildə 40,7%, 2019-cu ildə 41,5%, 2020-ci ildə 42,7% olmuşdur. Cari və növbəti il üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 11,7 % və 14,1 % səviyyəsində qiymətləndirilir”, - deyə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru