Dövlət Baytarlıq Nəzarəti Xidmətinə sərt ittihamlar

23-05-2016, 12:59           
Dövlət Baytarlıq Nəzarəti Xidmətinə sərt ittihamlar
Son illər dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbindən bu gün aqrar ölkə olan Azərbaycanın kənd təsərrüfatı sahəsinə bir başa cavabdehlik daşıyan Kənd Təsərrüfatı Nazirliyi və onun strukturuna daxil olan qurumların qarşısında 10 milyon Azərbaycan əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün bu vacib sahəni daha da inkişaf etdirmək, Ərzaq Təhlükəsizliyi kimi mühüm vəzifələr durur. 2015-ci il “Kənd təsərrüfatı ili” yalnız obyekt tikintisi və güya islahatlar keçiririk adı altında səriştəli və peşəkar kadrların kütləvi işdən çıxarılmaları və onların yerinə şəxsi maraqlar əsasında naşı işçilərin təyin edilməsi ilə yaddaşlarda qaldı. Tək inzibati binalar tikməklə, tapşırıq və şəxsi maraqlarla qeyri-peşəkarların vəzifələrə gətirilərək idarəçilik sükanının onlara tapşırılmaqla kəndin problemlərini həll etmək, habelə ərzaq bolluğuna nail olmaq qeyri-mümkündür. Yüzlərlə obyektlər tikilsə belə peşəkar, sahəvi mütəxəssislər olmayan yerdə bu tikintilərlə fəxarətlənmək və öyünmək absurddur.

Qeyri- neft sekorunun, o cümlədən kənd təsərrüfatının əsas tərkib hissəsi olan heyvandarlığın inkişaf etdirilməsi, əhalini baytarlıq nöqteyi-nəzərdən sanitariya tələblərə cavab verən keyfiyyətli ət, süd və digər heyvandarlıq məhsulları ilə təmin etmək, səlahiyyəti daxilində heyvandarlıq məhsullarının idxaldan asılılığını aradan qaldıraçaq tədbirlər müəyyənləşdirmək, bu istiqamətdə yeni-yeni strategiya hazırlamaq, (iş adamlarından, qəssablardan, baytarlıq nəzarəti obyektlərindən rüşvət yığmaqla yox), təcrübəli mütəxəssislərin elmini, biliyini səfərbər etmək, mövcud rüsurslardan səmərəli və çevik istifadə etmək üçün dövlətin büdcəsindən qidalanan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti yaradılmışdır.

Dövlət Xidmətinin qarşısında duran vəzifələri həyata keçirmək və hədəfə çatmaq üçün adıçəkilən qurumun yüksək bilik və təcrübəyə malik kadr potensialının və bunlara rəhbərlik edəcək intellektual səviyyəsi fərqli, Respublika əhəmiyyətli dövlət qurumunda idarəçilik təcrübəsinə malik, kadrlarla bərabərlik prinsipli, iş fəaliyyətində şəffavlıq, hər bir qarşıya çıxan problemli məsələlərin səbrlə (tez hövsələdən çıxmamaq) həlli yollarını axtarıb tapmaq, habelə ölkəmizin hüdudlarından kənar (Biləcəridən o tərəfə) keçirilən beynəlxalq tədbirlərdə ölkənin baytarlıq xidmətini layiqincə təmsil etməsi üçün ən azı bir xarici dil bilmək qabiliyyətli (heç olmasa rus dili) rəhbərinin olması vacib şərtdir. Lakin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinə hansı bir əlahiddə xidmətlərinə görə gətirilməsi baytarlıq kollektivinə də məlum olmayan Azər İdris oğlu Süleymanov bu göstəricilərə yiyələnmək üçün səy göstərmək istəmir. Hətta baytarlığa dair hər hansı bir məsələ ilə ölkəmizə gələn rus dilli əcnəbilərlə görüşlərdə belə tərcüməçinin “yedəyindən” istifadə etməyə məhkumdur. Necə ola bilər ki, respublikada 5 minə yaxın kollektivi olan baytarların içərisində yuxarıda göstərilən tələblərə uyğun bir kadr tapılmadı?

Bu “dünya görüşü” ilə o, yerlərdə baytarlıq kadrlarının çatışmazlığına baxmayaraq təcrübəli, peşəkar, səriştəli baytarlıq işçilərinin guya struktur dəyişikliyi aparılması adı ilə kütləvi işdən çıxarılması planını həyata keçirməyə başladı. Belə ki, bu ilin yanvar ayının 27-də Nazirlər Kabinetində keçirilən toplantıda cənab Prezident İlham Əliyevin”Mən istəyirəm ki, heç kəs işsiz qalmasın” tapşırığından dərhal sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun sədrliyi ilə keçirilən iclasda “Rüşvət yığa bilməyən” bir sıra baytalıq idarəsinin rəisləri Azər Süleymanovun qəzəbinə tuş gələrək kənd təsərrüfatı nazirinə təqdim etdiyi “qara siyahı” əsasında heç bir əsası olmadan “vuruldular”. Çünki, Azər Süleymanov savadlı, ixtisasının peşəkarı olan kadrları həzm edə bilmir. Onların əvəzinə idarəçilik sahəsində təcrübəsi olmayan, Azər müəllimin rayon səviyyəsinə uyğun və ondan aşağı olan naşı baytarlar - Azər Süleymanovun tələbə yoldaşları, yaxın qohumu və ona yaxın adamları vəzifəyə gətirildi:

- özünü rəis vəzifəsinə təsdiq etdirmək, sonra da televizor efirlərində güya təhlükəli heyvan cəmdəkləri aşkar etmişəm obrazı yaradmaq məqsədi ilə əhalinin kasıb təbəqəsi dolanışıq üçün mal qarasını kəsərək satmaq üçün Bakı şəhərinə gətirərkən həmin heyvan cəmdəklərinə istədiyi kimi labarator rəyi verdirmək məqsədilə dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasının direktor müavini təyin etdirdi. Həmçinin Respublika Baytarlıq Laboratoriyasını daima təyziq altında saxlamasını gücləndirmək və şəxsi məqsədlərinə xidmət edəcək şəbəkə yaratmaq üçün tələbə yoldaşı Mübariz Nəbiyevi də Respublika Baytarlıq Laboratoriyasında iqtisadi çətinliklərə baxmayaraq idxal ounan ərzaq məhsullarına nəzarət edən lüzumsuz yeni yaratdığı şöbənin müdiri təyin etdi. Halbuki, Xidmətdə bu işlərə dövlət nəzarətini həyata keçirmək üçün kifayət qədər baytarlıq müfəttişləri ştatı nəzərdə tutulmuşdur.

- İdxal-ixrac əməliyyatları üçün müraciət edən iş adamlarından tərtib etdiyi “Qara Siyahıya“ uyğun ( bu Siyahı əvvəlki internet saytlarında oxuculara sənəd şəkilində təqdim edilmişdir) küllü miqdar rüşvət toplamaqda mahir olan, ancaq Dövlət Xidmətinin tələbləri səviyyəsində savadı olmayan yaxın adamı Aydın Hüseynovu qanunları pozaraq əvvəlki sektor müdirini təyziq altında, şantaj yolu ilə işdən kənarlaşdıraraq Xidmətdə mühüm vəzifəyəyə təyin etmiş və rüşvət maşınının sükanını Aydın Hüseynova tapşırmışdır.

- Ağcabədi Rayon Baytarlıq İdarəsinin sabiq rəisi Savalan Xudiyevin yerinə rəis təyin edilmiş Nazir Cəfərov (əvvəllər sahə baytar həkimi işləmişdir) mal qarasını sataraq əldə etdiyi vəsait hesabına bu vəzifəyə gətirilməsini gizlətmir. Bu barədə yerlərdən Prezidentin Administrasiyasına da müraciətlər göndərilmişdir. (Savalan Xudiyev ədalətsizlik nəticəsində işdən çıxarlmasına dözmədi. Allah rəhmət eləsin!);

- Dəmir yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəhbərlik edən, bu sahədə uzun müddət təcrübəsi olan, Cəbrayıl rayonundan, böyük ailə sahibi Firdövsi Məmmədov Azər müəllimə aylıq haqq verə bilmədiyindən işdən çıxarılmış və idarəyə bu spesifik sahədən qəti xəbəri olmayan Azər Süleymanovun tələbə yoldaşı, Apşeron rayonunda diaqnostiki kabinetdə mikroskopla işləmiş Kamran adında şəxs rəis təyin edilmişdir;

- Apşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi uzun müddət Kənd Təsərrüfatı Nazirliyinin Aparatında işləmiş, Respublikada heyvanların bruselyoz və vərəm xəsəliyinin qarşısının alınmasında ixtisaslaşmış,

işlədiyi kollektivdə böyük hörməti olan, Apşeron yarımdasının xüsüsiyyətlərini tam öyrənmiş peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı;

- Necə olur ki, Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi Əbülfət həkim hələ gənc yaşlarında Ümummillider Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1-ci katibi olan dövründə Mərkəzi Komitədə təlimatçı, sonralar göndərişlə Azərbaycanın böyük aqrar rayonu olan Qubadlı rayonunda İcrayyə Komitəsinin sədri işləməyi bacardı, lakin Azər müəllim vəzifəyə gətirilən kimi, kiçik bir kollektivi olan Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi işləməyi “bacarmadı”;

- Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Mahir həkim Azər müəllimin şərinə keçərək iclasda kollektivin qarşısında təhqir edilərək işdən azad edildi. Onun yerinə isə Balakən rayonunda qəbir daşlarının üzərinə yazıların həkk edilməsi fəaliyyəti ilə məşğul olan şəxs gətirildi;

- Gəncə kimi iri sənaye şəhərində baytarlıq xidmətini layiqincə aparan Bayandur Rzayevə Azər müəllimin onunla əvvəllər olan şəxsi ədavətinə görə heç bir əsası olmadan ciddi inzibati tənbeh verildi.

Həmçinin bir sıra baytarlıq idarələrinin də rəisləri A. Süleymanovun mülahizəsi ilə büdcədən kənar vəsaitə qoyulmuş real olmayan Plan-Tapşırığı yerinə yetirməkdən imtina etdikləri üçün qanunsuz inzibati cəzalara məruz qaldılar.

Bu gün isə dövlətimiz tərəfindən kənd təsərrüfatında hökm sürən kadr çatışmazlığı ilə əlaqədar onların kənd yerlərində işə cəlb edilməsi məqsədilə həvəsləndirilməsi üçün yollar axtarılır. Göründüyü kimi, Azər müəlim isə kadrların “torbasını tikmək”lə məşğuldur. Səriştəli kadrlar Azər müəllimin əli ilə əsassız ləkələnərək vurulur, onları isə əvəz edən tapılmır və ya naşılar əvəz edir. Budur, Azər Süleymanovun vəzifəyə gətirildikdən sonra baytarlığın inkişafına etdiyi “yeniliklər”. Budur onun “strategiyası”!?

Respublika səhiyyə orqanlarının statistik hesabatlarında, eləcədə KİV–lərində son vaxtlar insanlar arasında sonsuzluq əmələ gətirən xəstəliklərin artması ilə bağlı məlumatlar yer almaqdadır. Məlumata əsasən bu qəbildən olan xəstəliklərin bir çox səbəbləri olsada, bu səbəblər içərisində əsasən sağlam qidalanma öz aktuallığını saxlamaqdadır. Məlumdur ki, Azərbaycan ən çox heyvan mənşəli qidalar (ət, süd, yağ, və s.) istehlak edilən ölkələr sırasındadır. Baytarlıq xidməti bu sahəni daima nəzarətdə saxlamalı, əhalini insan və heyvanlar üçün ümumu olan xəstəliklərdən qorumaq istiqamətində tədbirlər həyata keçirməlidir. Bu göstərilənlər baytarlıq orqanlarının vəzifə borcudur. Hətta Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dövlət büdcəsindən bunun üçün də hər il külli miqdar vəsait də ayrılır. Lakin çox təəssüflər olsun ki, bu gün həmin quruma müvəqqəti rəhbərlik edən Azər Süleymanov heyvan mənşəli qidalar vasitəsi ilə sonsuzluq əmələ gətirən xəstə heyvanların ölkəyə gətirilərək xəstəliyin yayılmasının qarşısının alınmasında güc sahibi deyil və ona görədə bu xəstəlikləri bilərəkdən gizlətmək zorundadır. Belə ki, Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə ərzaq təhlükəsizliyi proqramları çərçivəsində heyvanların cins tətkibinin yaxşılaşdırılması məqsədilə ayrlımış küllü miqdar büdcə vəsaiti hesabına “Aqrolizinq” ASC tərəfindən ölkəmizə xarici ölkələrdən (Əsasən Almaniya və Avstriya) yüksək məhsuldar cins iri buynuzlu heyvanlar (əsasən damazlıq heyvanlar) idxal edilir. Ölkəmizə xəsəliklərə görə yalnız sağlam heyvanların gətirilməsinə, onlarda baytarlıq nəzarətinin həyata keçirilməsinə, həmçinin baytarlıq tədbirlərinin aparılmasına bir başa Dövlət Baytarlıq Nəzarəti Xidməti məsuliyyət daşıyır. Lakin bir başı 5 min avroya sənədləşdirilən həmin cins mallar xəstə olduğu üçün yerindən daha ucuz qiymətə alınır və Dövlət Baytarlıq Xidmətinin razılıq məktubu ( müsbət rəyi ilə) ilə Azərbaycana gətirilir. Həmin heyvanlarda Xlamidioz (balaatma, qısırlıq) xəstəliyinin olması isə ictimayiətdən gizlədilir. Bu heyvanlar hal-hazırda respublikanın təsərrüfatlarında sağlam heyvanlar adı altında saxlanılır və xəsəliyin yayılma arialı günü – gündən genişlənir. Bundan əlavə, Lənkəran rayonunda təxminən 7000 baş müayinə edilmiş iri buynuzlu heyvanın 108 başı insanlar üçün də qorxulu olan bruselyoz xəstəliyinə yoluxmuşdur. Təsərrüfat üçün yararsız hesab edilən belə xəstə heyvanların xəstəliklərdən ölməsi və ya qısırlığına (balavermə qabiliyyətini itirməsi) görə vaxtından əvvəl çıxdaş edilməsi ilə nəticələnən bu hal cox ciddi maliyyə itgiləri ilə bərabər, xəstə heyvanın məhsulları (ət, süd, pendir və s.) ilə qidalanan insanlarda nəinki sonsuzluq, hətta digər xroniki xəstəlilərin əmələ gəlməsini qaçılmaz və labüd edir.

Respublikada Xlamidioz, bruselyoz və s. yoluxucu xəstəliklərin yayılması artıq “Həyacan Təbilinin” çalınması zəruriyyətindən vəbər verir.

Dövlət Baytarlıq Xidməti güya “asan xidmət” yaratmışam adı altında iş adamlarının soyulmasının davam etməsinə son qoyaraq xəstəliklərə qarşı mübarizədə hərəkətə keçməlidir.

Bu halların aradan qaldırılması üçün tədbirlər görülməzsə, vay onda halımıza.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.