Cənubi Koreya prezidenti İlon Maskı ölkəyə sərmayə qoymağa çağırdı - FOTO

17-11-2022, 10:54           
Cənubi Koreya prezidenti İlon Maskı ölkəyə sərmayə qoymağa çağırdı - FOTO
Cənubi Koreya Prezidenti Yun Sok-Yol “Tesla” şirkətinin baş direktoru İlon Mask ilə videokonfrans keçirərək onu Cənubi Koreya iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Bu barədə Cənubi Koreya liderinin ofisindən məlumat verilib.

Bildirilir ki, prezident Maskın Asiyada “Tesla” avtomobil şirkəti üçün “meqafabrik” tikmək planlarını dinləyib və Cənubi Koreya avtomobil sənayesinin üstünlüyünə işarə edərək Koreya Respublikasına sərmayə qoymağa çağırıb.

“Mən Cənubi Koreyanı əsas namizədlərdən biri kimi görürəm. Namizəd ölkədəki insan resursları, texnologiya səviyyəsi və sənaye ekosistemi daxil olmaqla, bütün investisiya şərtlərini nəzərə alaraq qərar verəcəyəm. İndi Tesla avtopilot və süni intellekt kimi sahələrdə Cənubi Koreya istehsalı olan çoxlu yüksək keyfiyyətli komponentlərdən istifadə edir”, - deyə Mask dövlət başçısına bildirib.

Onun sözlərinə görə, gələn il Cənubi Koreya şirkətlərindən alınan məhsulların dəyəri 10 milyard dolları keçəcək.

Cənubi Koreya lideri, həmçinin zərurət yaranarsa, investisiya sahəsinin dövlət tənzimlənməsində dünya standartlarına uyğun islahatlar aparmağa hazır olduğunu bildirib.

Mənbə: Yonhap












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru