“AQVA” massaj salonudur, yoxsa…

24-05-2016, 13:12           
“AQVA” massaj salonudur, yoxsa…
Verilən məlumatlarda o da bildirilir ki, həmin “media təmsilçilərinin” müdafiəçi rolunda çıxış etmələrinin də özəl səbəbləri var Paytaxt Bakımızın ən gözəl, ən yaraşıqlı, gözəgəlimli ünvanlarında fəaliyyət göstərən və sayı-hesabı bilinməyən massaj salonlarının fəaliyyəti, bu gün hər kəsi düşündürməkdədir. Çünki, verilən məlumatlardan, həyata keçirilən çəklişlərdən, mütərilərin üz-üzə qaldıqları ab-havadan və.s bəlli olur ki, həmin ünvanlar massaj salonu kimi deyil, daha çox yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qaldıqları ünvan olaraq fəaliyyət göstərməkdədirlər. Belə ünvanlardan biri də, Səbail rayonu Xaqani küçəsi 23/24 ünvanında fəaliyyət göstərən “AQVA” massaj salonudur. Adı çəkilən massaj salonu haqda məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, həmin ünvana başda Mehman adlı şəxs olmaqla, şəriki Baxşəli və digər şəxslər sahiblik etməkdədirlər. Bir məqama da diqqət yetirək ki, “AQVA” massal salonu YAP-nın, Rəssamlar İttifaqının, xüsusi əhəmiyyətli inzibati binaların olduqca yaxınlığında fəaliyyət göstərir. Qeyd olunan ünvan, həm də yaşayış massivi binasının zirzəmisində yerləşdiyindən, gün ərzində ora müştəri axını çoxalır. Belə bir halın davam etməsi həm sakinlərin narahatçılığına səbəb olur, həm də həmin ünvanda milli-mənəvi dəyərlərimizin tapdaqlar altına atılması ilə də nəticələnir. Çünki, qeyd olunan ünvanda qadınların cinsi istismara məruz qalmaları üçün, ünvan sahibləri tərəfindən lazımi şərait də yaradılıb. Diqqəti o halda cəlb edir ki, “AQVA” massaj salonunun qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı, bu günədək bəzi mətbu orqanlarda silsilə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlərin varlığı geniş ictimaiyyətin diqqətinə də çatdırılıb. Amma, fakt budur ki, qeyd olunan ünvanla bağlı Səbail rayon Polis İdarəsinə müraciətlər olunsa da, təəssüflər olsun ki, həmin ünvanla bağlı heç bir lazımi tədbirlər görülmür. Bir məqama da diqqət yetirək ki “AQVA” massaj salonu, bu gün bəzi mətbu orqanların nümayəndələri tərfindən də müdafiə olunur. Yəni, bu haqda da müəyyən məlumatlara malikik. Verilən məlumatlarda o da bildirilir ki, həmin “media təmsilçilərinin” müdafiəçi rolunda çıxış etmələrinin də özəl səbəbləri var. Son günlər əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, həmin ünvana xarici ölkə vətəndaşları da daha çox üz tutmaqdadırlar. Əgər atılan addımlar ünvan sahiblərinə müəyyən mənada xeyr-bərəkət gətirirsə, əmələ gətirdiyi fəsadlar isə daha böyük olur. Yəni, bunu onula əsaslandırırıq ki, biz hər zaman bir millət olaraq adımızla, kökmüzlə, güclü dövlətimizlə, tarixi keçmişimizlə fəxr edirik, təbliğatımızı da bu yöndə davam etdiririk. Axı bu belə olduğu halda, görəsən həmin ünvana baş çəkən əcnəbi vətəndaşların, bizimkilərə qarşı düşüncə tərzi necə formalaşır? Yəqin ki, ... Adları çəkilən şəxslərə məxsus, müxtəlif ünvanlarda fəaliyyət göstərən massaj salonlarının adlarını və ünvanlarını da qeyd edirik. 1) Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “HİLS” massaj salonu 2) Yasamal rayonu ərazisində “Vostoçnı Bereq” massaj salonu 3) Nəsimi rayonu Memar Əcəmi metrosunun yanında üzərinə massaj qeyd olunan və keçidi ilə fərqlənən, eyni zamanda ümumi görnüşü diqqəti cəlb edən massaj salonu və.s-lər Ətraflı növbəti sayımızda. Araşdırmalarımız davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.