Mərdan Camalovu kim əvəzləyəcək? Şirvanın icra başçısı ilə bağlı qərar verilib
24-05-2016, 23:31
Mərdanov qardaşlarının Şirvanda böyük bir biznes imperiya qurmaları barədə mediada dəfələrlə yazılar yazılıb. Şirvanın icra başçısı Mərdan Camalovun qardaşı, müdafiə sənayesi naziri Yavər Camalovdur. Lakin həm də gözə görünməyən biznes strukturlarını idarə edən Mərdanov qardaşları da media ilə münasibətlərini adətən hədə-tənqid və qorxutmaq üzərində qururlar. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, Şirvan kimi strateji əhəmiyyəti olan şəhərin büdcəyə ödənişləri ilə bağlı ciddi çatışmazlıqlar və qüsurlar aşkarlanıb.
Hazırda sənaye şəhəri olan Şirvanda neftin ucuzlaşmasından sonra sənaye sahəsində heç bir uğur əldə edə bilməyib. Dövlət başçısının göstərişlərindən sonra bir sıra rayonlarda yeni sənaye müəssisələrinin açılışı, sahibkarlara dəstək göstərilməsi müşahidə edilsə də, Şirvan kimi strateji şəhərdə biz media olaraq bunun şahidi olmuruq.
Başçı təyinatının 11-ci ili
M.Camalov Bakıdan 120 km məsafədə yerləşən energetiklər, gənclər şəhərinə 2005-ci il 18 aprel tarixində başçı göndərilib. Camalovların ölkədə ən tanınan siması müdafiə sənayesi naziri Yavər Camalovdur. Bütün bölgələr nazir, komitə rəhbərləri arasında pay-puş olunanda Şirvan şəhəri də Yavər Camalovun nəzarətinə verilib və onun qardaşı Mərdan Camalov icra başçısı təyin edilib.
Bu günə bu icra başçısının Heydər Əliyev Mərkəzini qohumlarına bağışlamasından tutmuş, şəhərdəki uzunömürlü şam ağaclarını hasara alaraq tikinti üçün satmasına qədər ən müxtəlif neqativ informasiyalar yaılıb. M.Camalovun «Muray» MMC tikinti şirkəti ilə münasibətləri ilə bağlı da kifayət qədər narazılıqlar olub. Həmçinin Şirvanda Bayraq Meydanın tikintisi ilə bağlı da sahibkarların narazılıqları mətbuatda geniş işıqlandırılıb və bu barədə məlumatlar ən yüksək dairələrə təqdim edilib.
Vidadi Zeynalovla anlaşma
Mərdan Camalovu kim əvəzləyəcək?
Hazırda həbsdə olan və səhhətində yaranan problem üzündən müalicə müəssisəsinə köçürülən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla Mərdan Camalovun tanışlığı 2011-ci ildə baş verib. 2011-ci ildə Şirvan Telekommunikasiya Qovşağından çox bahalı mallar çıxaralaraq satılmaq məqsədilə Bakıya gətirilən caman icra başçısı buna manne olub. O zaman qovşağın rəisi işləyən Rəhman Məmmədovun araçılığı ilə M.Camalovla V.Zeynəlov müəmmalı şəkildə anlaşır və oğurlanmış mallar yenidən yola salınır. GUNDEMİNFO.AZ-a daxil olan məlumatda daha sonralar isə icra başçısı ilə Vidadi Zeynəlovun dostluq etdiyi və hətta bu barədə informasiyaları Bakıda rəsmi dairələrdən gizlədərək ortaq biznes şəbəkəsi qurduğu da söylənilir.
Camalov qardaşlarının Şirvandakı biznes imperiyası
GUNDEMİNFO.AZ Camalov qardaşlarının malik olduqları biznes səltənətinin bir qismini oxucularına təqdim edir. Müdafiə sənayesi naziri Yavər Camalov yuxarıda da qeyd etdiyimiz kimi son illər özünə böyük biznes imperiyası qurmağa nail olub. Onun paytaxtın «İnqilab» küçəsində böyük ticarət və xidmət obyektləri var. «Aksessuar İnşaat», «Çinar market» şəbəkəsi də nazirə məxsusdur. Bundan əlavə «Kral» şadlıq evi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambassador» hoteli və restoranı, «Qızıltac» və «Niaqara» restoranları da Yavər Camalovun biznes səltənətinin tərkib hissəsinə daxildir. Onun Bakının «Milyonçular məhəlləsi» adlanan ərazidəki villasının bəlkə də 10 milyon manat qiyməti var.
Bu arada xüsusi qeyd edilməlidir ki, Yavər Camalov qardaşlarını da müxtəlif vəzifələrə yerləşdirməyi bacarıb ki, bu da ona əlavə üstünlüklər və manevr imkanları yaradır. Nazirin qardaşlarından biri Mərdan Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, digər qardaşı Əlikram Camalov isə «Hacı Camalxan» Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Nəhayət Şirvanın azalmaqda olan büdcəsi və sahibkarların qara günləri
Mərkəzi Aran regionunda yerləşən Şirvan şəhərində büdcə təşkilatlarının, xüsusilə də Vergi İdarələrinin baş ofisləri yerləşir. Şirvanın cari il üzrə göstəricilərində azalma müşahidə olunur. Xüsusilə də ötən ilin büdcəsi ilə bağlı olaraq aparılmış audit yoxlamaların sonucları aradan qaldırılmayıb. Büdcə vəsaitlərinin istifadəsi, proqnozlar və xərclərlə bağlı mühim sorunların olduğu söylənilir. Eyni zamanda şəhərdə bütün sahibkarlıq subyektlərinin, gəlirli sahələrin Camalov qardaşlarına məxsus olması səbəbində qeyri-neft sektorunun inkişafı ilə bağlı göstəricilər də ürəkaçan deyil. Bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Və yaxın günlərdə Şirvanın iqtisadi göstəriciləri ilə bağlı rəqəmləri müqayisəli şəkildə təqdim edəcəyik.