Azərbaycanda mallar gömrükdən risk sistemi əsasında buraxılacaq
13-12-2022, 12:45
Dövlət Gömrük Komitəsi malların ölkəyə buraxılmasını risk sistemi əsasında həyata keçirəcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Yəni, qərarlar fərdi qaydada deyil, risk xətləri üzrə qəbul ediləcək. Kanallar üzrə risklər müəyyən olunacaq. Hazırda buraxılış sisteminin təkmilləşdiirilməsini həyata keçiriik", - deyə o qeyd edib.