"Dərman xaricdəkindən iki dəfə baha olsun, 7-8 dəfə baha ola bilməz axı..." - Vahid Əhmədov

13-12-2022, 12:18           
"Dərman xaricdəkindən iki dəfə baha olsun, 7-8 dəfə baha ola bilməz axı..." - Vahid Əhmədov
“Dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir. Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

“Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır. Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır”, - deyə V.Əhmədov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru