“Vasif Talıbovu həbs edə bilməzlər!” - AXI NİYƏ?!
13-12-2022, 16:42

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
Onun Bakıya gəlişinin Naxçıvandakı "fırtına" ilə bağlı olduğunu deyənlər çoxdur.
Bəzi ekspertlərin fikrincə, Talıbov bağışlanılması üçün Bakıya minnətçi düşəcək. Bəziləri isə düşünür ki, Naxçıvan MR Ali Məclisinin sədri Bakıda həbs ediləcək.
Bəs görəsən, Vasif Talıbov Bakıda həbs edilə bilərmi? Hüquqi baxımdan bu mümkündürmü?
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, hüquqi baxımdan V.Talıbovun Bakıda həbsi mümkün deyil:
“Talıbov başqa vaxt Bakıya gələ bilmirdimi? Azərbaycan Konstitusiyasına görə, millət vəkillərinin toxunulmazlığı var. Həmin toxunulmazlıq yalnız parlament tərəfindən qaldırıldıqdan sonra şəxs həbs oluna bilər. Bildiyim qədərilə isə belə bir şey nə parlamentin gündəmindədir, nə də müzakirə olunub. Bu məsələdə yalnız cinayət başında yaxalanma halı istisnadır. Vasif Talıbovun təkbaşına Bakıya gəlməsi isə cinayət halı deyil. Bu iddialar hüquqi baxımdan əsasssızdır və V.Talıbov həbs edilə bilməz”.