Usubovun adamları BELƏ İŞLƏYİR - QOÇULUQ ZƏMANƏSİDİR?
15-12-2022, 10:48

Şəki rayonu Aşağı Göynük kənd sakini Əbdülrəhimov Sadıq Məmmədəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə vətəndaş Şəki rayonu Qayabaşı kənd İcra nümayəndəsi Cabir Həsrətlinin özbaşnalığından giley edir.
Vətəndaş yazır: "Yazıb bildirirəm ki, bizim ailəyə məxsus 5 ha pay torpaqda yonca əkmişəm. Həmin əkin yerinəb və digər kənd sakinlərinə məxsus əkin sahələri keçən ilin sentyabr ayında Şəki rayonu Qayabaşı kənd İcra nümayəndəsi Cabirə məxsus 105 baş iribuynuzlu 362 baş xırdabuynuzlu heyvanlar tərəfindən məhv edildi. Dəfələrlə icra nümayəndəsinin mal-qarası mənim biçilmiş 4 hektar yoncamı tələf elədi. Bu hadisəni bu il də təkrarladı. Şikayət etdim bütün qurumlara xeyri olmadı. Süründürməçilik... Bu gün - 14 dekabrda sahə müvəkkili rayon polis şöbəsinə çağırdı ki Cabiri də çağırıblar... Sevincək getdim, düşündüm ki, yəqin dəymiş ziyanı ödətdirəcəklər. Polis idarəsində bizi mayor Zaur Ələkbərov qəbul etdi. Cabirə sual verdilər vətəndaşa niyə ziyan vurursan? Cavabı belə oldu ki, Sadıq ölənəcən onun yerini heyvanları salıb otaracam... Yəni mən qoçuyam, nə istəsəm, onu da edərəm...
Polisə dedim, məni nəyə çağımışdınız 20 km yolu? Dəfələrlə çağırıblar əvvəllər getmişəm...
Xahiş edirəm, mənim səsimin yuxarı orqanlara çatmasında köməklik edəsiniz..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
0